CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pomidor baronları iflas içində: Şəmkir zibilliklərində ağlamalı mənzərə

© Sputnik / Ilham MustafayevŞəmkirdə zibilliyə atılmış pomidorlar
Şəmkirdə zibilliyə atılmış pomidorlar - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Ölkənin ən kütləvi istixanaları olan bölgəsində vəziyyət acınacaqlı hala çatıb. Fermerlər becərdikləri pomidoru zibilliyə ataraq ondan canlarını qurtarırlar.

BAKI, 29 iyun — Sputnik. Hazırda Şəmkir rayonunun bir çox yerində eyni mənzərəyə rast gəlmək mümkündür - zibilliyə atılmış pomidorlar. Bu da Azərbaycanın ən kütləvi istixanalar olan rayonunda tərəvəzin satışında olan vəziyyətlə əlaqədardır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində şəmkirli fermer Cavad Mürşüdlü vəziyyətin həddən artıq acınacaqlı olduğunu bildirib. O, becərdiyi 0.6 ha istixanada gün ərzində 1-2 ton pomidoru zibilə atmaq məcburiyyətində qaldığını deyib:

“Vəziyyət həddən artıq pisdir. Hər həftə 7-8 ton pomidor yığırıq. Ondan gün ərzində uzağı 50-100 kilo sata bilirik. Dünən 25 kiloluq 100 qutu pomidor qablaşdırıb bazara aparmışıq. Ondan yalnız 2 qutu sata bilmişik. 25 kiloluq qutunu 2 manata alan yoxdur. İstidir deyə saxlamaq olmur. 3-5 günə xarab olur. Hər gün 1-2 ton zibilə atırıq. Yalnız bu il 50 min xərc çəkmişəm, amma 1 manat gəlir götürmək mümkün olmayıb”. 

© Sputnik / Ilham MustafayevŞəmkirdə zibilliyə atılmış pomidorlar
Pomidor baronları iflas içində: Şəmkir zibilliklərində ağlamalı mənzərə  - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Şəmkirdə zibilliyə atılmış pomidorlar

Təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildiriblər. Sahibkar Vahid Əsgərov indiyədək pomidorun əsas alıcısı olan Rusiya bazarlarında da qiymətin aşağı olduğunu deyib: “Qiymət aşağıdan da aşağıdır. Lakin yenə alıcı yoxdur. Alanlar da onu satıb xeyir qazana bilmirlər ki, yenə gəlib alsınlar. Biz özümüz də bazarlara çıxara bilmirik. Ən yaxşı malı 10 qəpiyə zorla satırıq. O da heç dərmanın pulunu çıxarmır. Bir az Rusiyaya aparıldı. Orda da qiymət həddən artıq ucuzdur. Göndərilən malın yalnız kağızının, yeşiyinin pulunu çıxarmaq olur. Ya da günlərlə qalır sərhəddə keçə bilmir. Mal maşında xarab olur. Bu saat hamı müflis olmaq vəziyyətindədir. Sonu da bilmirik nə olacaq”, - deyə o bildirib.

© Sputnik / Ilham MustafayevPomidoru saxlamaq olmur, 3-5 günə xarab olur
Pomidor baronları iflas içində: Şəmkir zibilliklərində ağlamalı mənzərə  - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Pomidoru saxlamaq olmur, 3-5 günə xarab olur

Sahibkarlar hələ avqustun ortalarına kimi istixanalarda pomidorun yetişəcəyini deyiblər. Lakin bir çoxları artıq məhsul dəriminə də əlavə vaxt ayırmaq istəmirlər. Onlar indiyə kimi çəkdikləri xərcləri, aldıqarı borcları necə ödəyəcəklərini düşünürlər. Rayon sakini Seymur Xəlilov hazırda hər kəsin bir-birinə borclu duruma düşdüyünü bildirib. Bunun da gələcəkdə daha ciddi problemlərə səbəb olacağını deyib:

“İstixana işi elə qurulub ki, hər kəs nisyə işləyir. Dərmanın, digər lazımlı şeylərin pulunu pomidor satışına saxlayırlar. Artıq neçə illərdir iş belə qurulub. Bu gün nə qədər insan istixanalara ümidlənib, nisyə bazarlıq edirdi. Apteklərdən dərman alırdı. Fikirləşirdi ki, pomidor yetişəndə hesablaşaram. Amma indi məhsul yetişib, ortada heç nə yoxdur. Hamı bir-birinə borclu duruma düşüb. Gələcəkdə bu hal daha böyük problemlərə yol açacaq”, - deyə o, narahatlığını ifadə edib.

© Sputnik / Ilham Mustafayev
Şəmkirdə zibilliyə atılmış pomidorlar - Sputnik Azərbaycan
1/7
© Sputnik / Ilham MustafayevTəsərrüfat sahibi Vahid Əsgərov.
Təsərrüfat sahibi Vahid Əsgərov.  - Sputnik Azərbaycan
2/7
Təsərrüfat sahibi Vahid Əsgərov.
© Sputnik / Ilham Mustafayev
İstixana - Sputnik Azərbaycan
3/7
İstixana
© Sputnik / Ilham Mustafayev Şəmkir sakini Seymur Xəlilov
 Şəmkir sakini Seymur Xəlilov - Sputnik Azərbaycan
4/7
Şəmkir sakini Seymur Xəlilov
© Sputnik / Ilham Mustafayev
İstixanada pomidorlar - Sputnik Azərbaycan
5/7
İstixanada pomidorlar
© Sputnik / Ilham MustafayevCavad Mürşüdlü
Cavad Mürşüdlü - Sputnik Azərbaycan
6/7
Cavad Mürşüdlü
© Sputnik / Ilham Mustafayev
Şəmkirdə zibilliyə atılmış pomidorlar - Sputnik Azərbaycan
7/7
1/7
2/7
Təsərrüfat sahibi Vahid Əsgərov.
3/7
İstixana
4/7
Şəmkir sakini Seymur Xəlilov
5/7
İstixanada pomidorlar
6/7
Cavad Mürşüdlü
7/7

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Araz Məmmədov problemi məhsulun ölkə xaricinə getməməsi ilə əlaqələndirib: “Bu il Şəmkirdə 5997 təsərrüfatda 960 hektar ərazidə pomidor əkilib. Satışda olan problem yolun bağlanması ilə əlaqədardır. Şəmkir fermerlərindən təxminən 25 nəfərinə Rusiyaya mal çıxarmağa icazə verildi. Nəticədə digər sahibkarlar məhsulunu sata bilmədi. Emal müəssisələrinin, konserv zavodların olmaması da təsərrüfat sahiblərini çətin vəziyyətə salır. Ölkədə olan məhsul bazar tələbatından çoxdur. Bununla əlaqədar mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların yerli bazarlarda da tələbat olan digər tərəvəz bitkiləri becərməsi üçün tövsiyələr veririk”, - deyə o bildirib.

© Sputnik / Ilham MustafayevBu il Şəmkirdə 5997 təsərrüfatda 960 hektar ərazidə pomidor əkilib
Pomidor baronları iflas içində: Şəmkir zibilliklərində ağlamalı mənzərə  - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Bu il Şəmkirdə 5997 təsərrüfatda 960 hektar ərazidə pomidor əkilib

Müqayisə üçün deyək ki, 2019-cu ildə yerli bazarlarda pomidorun bir kiloqramı 3-4 manata, ötən il isə 1,5- 2 manata satılıb. Hazırda pomidorun bazardakı satış qiyməti təxminən 30-33 qəpik civarındadır.

Şəmkirli fermerləri və iş adamlarını el arasında "pomidor baronları" adlandırırlar. Çünki ölkə üzrə ən çox pomidor onların istixanalarında yetişdirilir və satış məqsədilə xaricə çıxarılır. Rusiyada pomidor bazarına da əsasən şəmkirli iş adamlarının nəzarət etdiyi bildirilir. 

Həmçinin oxuyun:

  • Kənd təsərrüfatı məhsullarının ixrac problemi necə həll olunur

  • Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qaldırılıb

  • Azərbaycanda yeni tərəvəz növləri yaradılıb

  • Sərhəddə tarıma çəkilən əsəblər - Təkliflər var, növbə isə sorulmur - VİDEO

  • Həftələrlə davam edən problem bu gündən həllini tapdı: Rusiyaya ixrac başlanır
Xəbər lenti
0