Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib

Abunə olmaq
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatının ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

BAKI, 29 iyun - Sputnik. Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, ikinci yarış günündə - iyunun 29-da 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Kənan Heybətov (61 kq) ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb. Güləşçimiz qızıl medal uğrunda görüşdə Ermənistan idmançısı ilə üz-üzə gələcək.

Millimizin üzvü Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Millimizin üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Əzmkarlıq nümayiş etdirən güləşçimizin son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb. Çempionluq uğrunda görüşdə idmançımız türkiyəli idmançı ilə qarşılaşacaq.

Fuad Mayılov (86 kq) təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və F.Mayılov 3-cü yeri tutmaq şansı yaranıb.

Abdulcəlil Şabanov (92 kq) səkkizdəbir finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov təsəlliverici görüşə çıxacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Aydın Əhmədov (125 kq) Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. A.Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ermənistan təmsilçisi olacaq.

Bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) Avropa çempionatında qızıl medal qazanıb.

Xəbər lenti
0