BAKI, 28 iyun — Sputnik. Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çempionatının 1/8 finalında Belçika millisinə məğlubiyyəti (0:1) şərh edib.
Sputnik Azərbaycan xəbər verir ki, 36 yaşlı futbolçu fikirlərini öz “Instagram” səhifəsində dərc edib.
“İstədiyiniz nəticəni əldə edə bilmədik və turniri nəzərdə tutduğumuz vaxtdan tez tərk etdik. Ancaq turnirdəki yolumuzla fəxr edirik. Avropa titulunu qorumaq üçün əlimizdən gələni etdik. Bu komanda hələ də portuqaliyalılara sevinc bəxş edə biləcəyini sübut etdi. Azarkeşlər ilk dəqiqədən son dəqiqəyə qədər yorulmadan bizə dəstək oldular. Onların etibarlarını doğrultmaq üçün mübarizə apardıq. İstədiyimiz yerə qədər irəliləməyi bacarmadıq. Sizə ürəkdən minnətdarıq. Belçikanı təbrik edirəm, turnirdə mübarizə aparan digər komandalara uğurlar arzu edirəm. Daha güclü olacağıq. İrəli, Portuqaliya!” - ulduz futbolçu özünün sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Portuqaliyanı minimal hesabla məğlub edən Belçika millisi 1/4 finalda İtaliya ilə görüşəcək.
Eləcə də oxuyun:
- Ronaldu belçikalılara məğlubiyyətdən sonra kapitan sarğısını çıxararaq yerə atıb
- Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı