BAKI, 28 iyun — Sputnik. Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çempionaının 1/8 final oyununda belçikalılara məğlub olduqdan sonra kapitan sarğısını çıxararaq otun üstünə atıb.
Hakimin final fitindən sonra Ronaldu otun üstünə oturub və qolundakı sarğını hirslə stadionun ot örtüyünə çarpıb.
Ronaldu 2022-ci il Dünya çümpionatının seçmə mərhələsinin Belqradda keçirilən Serbiya millisi ilə oyununda (2:2) da oxşar hərəkət edib.
Bazar günü Sevilyada keçirilmiş oyun Belçika millisinin 1:0 hesablı qələbəsiilə nəticələnib. Bununla da Portuqaliya yığması Avropa çempionu titulu ilə vidalaşıb.