BAKI, 28 iyun — Sputnik. İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, futbolçu sözügedən treyleri «Twitter» hesabında paylaşıb. "Mən Zlatanam" adlı əsər sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001-2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.
Eləcə də oxuyun:
-
İbrahimoviç İbrahimi dinləyir
-
“İbrahimoviçin” bu dəfə ayağını kəsdilər - VİDEO
-
Məşhur idmançı əzəli rəqibini satın aldı