“İbrahimoviçin” bu dəfə ayağını kəsdilər - VİDEO

© © Kelvin Kuo-USA TODAY Sportsİsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin
İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin - Sputnik Azərbaycan
Abunə olmaq
Malmö Polis Bölməsindən İsveç mətbuatına açıqlamada heykəlin hər iki ayağının müəyyən qədər kəsildiyi və onun aşma təhlükəsinin olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb.

BAKI, 14 dekabr — Sputnik. İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin Malmödə şərəfinə ucaldılan heykəli yenidən vandalizmə məruz qalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bundan əvvəl də hücum edilən heykəlin bu dəfə ayağını kəsməyə çalışıblar.

Malmö Polis Bölməsindən İsveç mətbuatına açıqlamada heykəlin hər iki ayağının müəyyən qədər kəsildiyi və onun aşma təhlükəsi olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb.

Xatırladaq ki, Zlatanın "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması və "Skandinaviyanın ən yaxşı klubu olacağıq" ifadəsini işlətməsi onun yetirməsi olduğu ölkənin digər klubu "Malmö" azarkeşlərinin qəzəbinə tuş gəlib. Onlar bir neçə gün əvvəl Zlatanın heykəlini yandırmağa cəhd göstərmişdi. Budəfəki insidenti də "Malmö" azarkeşlərinin törətdiyi güman edilir.

Xəbər lenti
0