BAKI, 28 iyun — Sputnik. Fransa Televiziyaları, Fransa Radiosu və LCP – Milli Assambleya/Senat kanalının sifarişi ilə “İPSOS/Sopra Steria” şirkəti 2022-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı sosial sorğu aparıb.
Sputnik Azərbaycan xəbər verir ki, sosial sorğunun nəticələrinə görə, sağçı partiyanın namizədinin kimliyindən asılı olmayaraq, hazırki Prezident Emmanuel Makron və “Milli birlik” partiyasının sədri Marin Le Pen prezident seçkilərinin ikinci turuna bərabər səslə qatılacaqlar.
Sorğunun nəticələrinə əsasən, Respublikaçıların namizədi Ksavye Bertran olarsa, seçkilərin birinci turunda E. Makron və Marin Le Pen 24 faiz, Valeri Pekres olduğu təqdirdə isə bu iki namizədin hər birinin 27 faiz səs toplayacağı gözlənilir.
Digər siyasi partiyalarla bağlı proqnoza görə, Avropa Ekologiya-Yaşıllar Partiyasının namizədi Yannik Jado 10 faiz, Sosialist Partiyasının namizədi kimi Ann İdalqo 8-9 faiz, “Yenilməz Fransa” partiyasının namizədi Jan-Lük Melanşon 7 faiz, Kommunist Partiyasının namizədi Fabyen Russel 2,5 faiz səslə kifayətlənməli olacaqlar. Digər partiyaların 1 və ya 1,5 faiz səs toplayacağı ehtimal edilir.
Eləcə də oxuyun:
-
Lavrov Avropa Birliyini Vaşinqtona "züy tutmaq" arzusunda günahlandırıb
-
Tezliklə Avropa içəridən parçalanacaq, Aİ isə Rusiyanı cəzalandırmaq barədə düşünür
-
Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır