BAKI, 28 iyun - Sputnik. Avropa Birliyi ABŞ-ın Rusiya ilə sammitin nəticələrinə görə münasibətlərin normallaşdırılması üçün Moskvanın "öz davranışını dəyişməli olduğu" barədə səsləndirdiyi mövqelərə fəal surətdə və məmnuniyyətlə "züy tutmağa" başlayıb. RİA Novosti xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzeti və "Rusiya qlobal siyasətdə" jurnalı üçün yazdığı məqalədə belə bir fikirlə çıxış edib.
Diplomat qeyd edib ki, prezidentlər Co Bayden və Vladimir Putinin Cenevrə görüşündən sonra Vaşinqtonun səsləndirdiyi bəyanatlar ABŞ liderinin danışıqlarda tutduğu mövqeyə heç də uyğun gəlmir.
Lavrov xatırladıb ki, iki ölkə liderinin "açıq və konstruktiv" şəkildə keçmiş ünsiyyəti strateji sabitliyə dair predmetli dialoqa başlamaq razılaşması, nüvə müharibəsinin yolverilməz olduğunun təsdiqi, kibertəhlükəsizlik və bəzi digər məsələlər üzrə məsləhətləşmələrin zəruriliyinin anlayışı ilə bitib.
"Və yenə də danışıqlar bitəndən dərhal sonra səsləndirlimiş Vaşinqtonun keçmiş çeynənmiş mövqeyi çox nümayişkaranədir. Nəzərə alaq ki, "böyük qardaşın" əhvalını dəqiq qiymətləndirən Avropa paytaxtları dərhal fəal surətdə ona "züy tutmaöa" başladılar. Çıxışların mahiyyəti: Moskva ilə münasibətləri normallaşdırmağa hazırıq, lakin əvvəlcə o davranışını dəyişməlidir", - Lavrov deyib.
Onun sözlərinə əsasən, Putin dəqiq izah edib ki, bütün razılaşmalar üzrə nəticənin əldə olunması paritet əsaslarda maraqlar balansının tapılması ilə mümkündür. Lavrov deyib ki, danışıqlar zamanı Amerika tərəfi etiraz etməyib, lakin sonradan Vaşinqton fəal surətdə əvvəlki tezisləri səsləndirməyə başlayıb.
""Biz Moskvaya dedik, xəbərdarlıq etdik, tələblər qoyduq" ruhunda. Bütün bu "xəbərdarlıqlar" hədələrlə müşayiət olunmağa başlayıb: əgər Moskva "bir neçə ay ərzində" Cenevrədə ona deyilmiş "oyun qaydalarını" qəbul etməsə, yeni təzyiqə məruz qalacaq", - diplomat yazıb.
Bununla bağlı xarici siyasət idarəsinin başçısı Cenevrə sammiti öncəsi yüksək səviyyədəki tədbirlər seriyasını "solisti müşayiət edən xor"a bənzədib.
Aİ-Rusiya sammiti ideyasının uğursuzluğunun səbəbləri
Öz məqaləsində Sergey Lavrov həmçinin Fransa və Almaniyanın Rusiya-Avropa Birliyi sammiti keçirmək ideyasının uğursuzluğu barədə də yazıb.
Diplomatın fikrincə, bu ideya Avropadakı aqressiv rusofob azlığın mövqeyinə görə "hələ anadan olmamışdan dəfn edilib". Bu 24-25 iyunda Aİ-nin Brüsseldəki sammitinin gedişində təsdiqlənib.
Lavrov vurğulayıb ki, Putin-Bayden görüşü bitdikdən sonra Aİ və NATO liderləri Moskvaya qarşı yanaşmaların eyni qaldığını və münasibətlərin daha da pisləşməsinə hazır olduqlarını bəyan etməyə tələsdilər.
Doplomat bildirib ki, Brüsseldəki diskussiyaların nəticəsi Avrokomissiyaya və Avropa xarici siyasət xidmətinə Moskvaya qarşı yeni sanksiyalar hazırlamaq barədə tapşırığın verilməsi olub: "Təşəbbüsün müəllifləri Rusiyanı hansı günahlara görə cəzalandırmaq lazım olduğunu göstərməyiblər, bunu sadəcə "ehtiyatda nəyinsə olması üçün" ediblər.