Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alim: qorxulu ştamma qarşı bir həftəyə vaksin yaradarıq

© AP Photo / Darko VojinovicВакцина от коронавируса "Спутник V", фото из архива
Вакцина от коронавируса Спутник V, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Qamaleya mərkəzinin direktoru bildirib ki, əldə olan Rusiya vaksinlər koronavirusun Hindistan ştammına qarşı davamlıdır, ancaq gərək olarsa, yeni vaksini bir həftəyə yarada bilərlər.

BAKI, 27 iyun — Sputnik. Mövcud preparatlar koronavirusun yeni ştammlarına qarşı kifayət qədər anticismin yaranmasını təmin etməyəcəyi təqdirdə Qamaleya Tədqiqat Elektrokimya və Texnologiya Mərkəzində yeni vaksinin yaradılması bir həftə çəkəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rossiya-1" telekanalına müsahibəsində mərkəzin direktoru Aleksandr Ginzburq məlumat verib. 

"S-zülalın bizim reseptorlarımıza birləşən sahələrində kəskin dəyişmiş ardıcıllığa malik yeni ştamm peyda olarsa, o zaman, güman ki, yeni vaksin variantlarını işə salmalı olacağıq", - deyən mütəxəssis əlavə edib ki, vektor texnologiyasının qeydiyyatından sonra lazım olan preparatlar bir həftə ərzində hazırlanacaq. 

Bununla yanaşı, o qeyd edib ki, əldə olan Rusiya vaksinlər koronavirusun Hindistan ştammına qarşı davamlıdır.

Koronavirusun Hindistan (delta) ştammı

İkiqat mutasiya ilə tanınan B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

Niyə Hindistan ştammı yox, “Delta” adlandırdılar?

Virusun mutasiyası Hindistanda ortaya çıxıb, bununla belə, bütün ölkələrin həkimləri bu qərara gəliblər ki, ştammların coğrafi əlamətlərə görə adlandırılmasından qaçmaq üçün onları yunan əlifbasının hərfləri ilə fərqləndirsinlər. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniya ştammına "Alfa", Cənubi Afrika ştammına "Beta", Braziliya ştammına "Qamma", Hindistan ştammına isə “Delta” adını verib.

“Delta” nə dərəcədə qorxulu və yoluxucudur?

Müxtəlif ölkələrdən daxil olan xəbərlərə görə, “Delta” ştammına yoluxma halında xəstənin hospitalizasiya ehtimalı iki dəfə çoxdur.

ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klüge bəyan edib ki, Hindistan ştammı hətta immuniteti möhkəm olan insanlar üçün belə “orijinal”  virusdan daha təhlükəlidir. Bu variantda “Uhan” ştammı ilə müqayisədə xəstəliyin inkişafı ildırım sürəti ilə gedir.

ÜST-ün COVID-19-a reaksiya üzrə baş mütəxəssisi Maria Van Kerkhove də “Twitter”-dən təqibçilərinə buna oxşar açıqlama verib: "Delta” daha yoluxucudur!"

Avropa İttifaqının səhiyyə orqanlarının nümayəndələrinin proqnozuna görə, avqust ayının sonuna kimi bütün COVID-19 hadisələrinin 90%-ni “Delta” variantına yoluxma halları təşkil edəcək.

Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada son bir həftə ərzində Hindistan ştammının aşkarlandığı xəstələrin sayı ən azı iki dəfə artıb. Rusiyada da vəziyyət qəlizdir. Moskva hakimiyyəti öz rəqəmlərini açıqlayıb: bu gün yoluxma hallarının 90%-i “Delta” ştammının payına düşür.

“Delta-plyus” nədir? Daha təhlükəlidirmi?

Gələn son xəbərlər bir o qədər də təsəlliverici deyil. Belə ki, Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammının mutasiyası haqqında bilinənlər

“The Guardian"ın yazdığına görə, “Delta-plyus” “Delta” koronavirusunun əlavə mutasiyasıdır və rəsmi adı K417N-dir. Bəs niyə virusun bu növü ÜST-ün narahatlığına səbəb olub?

Elmi dəlillər ondan xəbər verir ki, virusun bu növü peyvənd sonrası və ya infeksiya sonrası yaranan immunitetdən qismən də olsa yayına bilir.

Bu isə o deməkdir ki, ştamma peyvənd təsir göstərməyə bilər, yəni vaksinasiya faydasızdır. Ancaq onu da əlavə etmək lazımdır ki, bu fikir hələlik tam təsdiqini tapmayıb. Bundan başqa, “Delta-plyus”-un xəstəliyin daha şiddətli formasına səbəb olub-olmadığına dair hələ kifayət qədər məlumat yoxdur. Çünki mutasiya indiyə kimi bir o qədər də geniş yayılmayıb.

“Delta” və “Delta-plyus”-un simptomları nələrdir?

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Hansı peyvəndlər “Delta” ştammından qoruyur?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (Public Health England) hesabatında qeyd olunur ki, peyvəndin növündən asılı olmayaraq, iki dozadan sonra bu preparatların “Delta” ştammına qarşı effektlivliyi 80,8%-dir. Bir dozadan sonra isə peyvənd Hindistan ştammından yalnız 33,2% qoruyur. Beləliklə, həkimlər peyvəndin bir dozasının Hindistan ştammına qarşı təsirli olmadığını etiraf edirlər.

Eləcə də oxuyun:

  • Rusiya Müdafiə Nazirliyi COVID-19 əleyhinə saqqız formasında preparat hazırlayır

  • TƏBİB-dən koronavirusun Hindistan ştammı ilə bağlı xəbərdarlıq

  • Virusoloq: Hindistan ştammından qorunmaq üçün beş dəfə çox anticisim lazımdır

Xəbər lenti
0