CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusun uşaqlarda əlamətləri açıqlandı - TƏBİB

© AFP 2023 / DELIL SOULEIMANДевочка в маске, фото из архива
Девочка в маске, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva uşaqlar arasında koronavirusun simptomları və onlara vaksin vurulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

BAKI, 25 iyun — Sputnik. TƏBİB uşaqlar arasında koronavirusa yoluxma riskini açıqlayıb. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, uşaqlarda koronavirus yüngül əlamətlərlə özünü büruzə verir.

O bildirib ki, uşaqlarda virusun simptomları özünü az büruzə verir: "Onlar daha çox yoluxma mənbəyi kimi olur. Bəzi hallarda qızdırma, ürəkbulanma müşahidə edilir, eyni zamanda kəskin virus infeksiyaları kimi özünü göstərir. Böyük əksəriyyəti sağalma ilə nəticələnir".

TƏBİB səlahiyyətlisi həmçinin uşaqlara vaksin vurulması məsələsinə də toxunub. O bildirib ki, hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir. Uşaqlara vaksin vurulması məsələsini isə mütəxəssislər müzakirə edirlər. N.Mustafayeva əlavə edib ki, bununla bağlı müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək.

Eləcə də oxuyun:

Xəbər lenti
0