CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən Kəlbəcərlə bağlı 24,5 milyonluq sərəncam

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKəlbəcər dəhlizi
Kəlbəcər dəhlizi - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Kəlbəcər rayonu 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın 25-də işğaldan azad edilib.

BAKI, 22 iyun — Sputnik. Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın 25-də işğaldan azad edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0