CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ qaziləri üçün musiqili piknik təşkil etdilər - FOTO

© Sputnik / Leyla AbdullayevaTədbir
Tədbir - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Keçən ilin bu günü Qarabağa aid mahnıları göz yaşları ilə dinləyən gənclər bu gün Qubada özlərini sanki Cıdır düzündə hiss ediblər.

BAKI, 22 iyun — Sputnik. Bu gün Qubada maraqlı tədbir keçirilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon icra başçısı Ziyəddin Əliyevin təşəbbüsü ilə Qubanın dağ kəndi olan Susayda 26 iyun Azərbaycan Silahlı Qüvvələrin yaranma gününün 103-cü ildönümü ilə əlaqədar qazilər üçün həm konsert, həm də açıq havada piknik təşkil olunub.

© Sputnik / Leyla AbdullayevaQubada piknik
Qarabağ qaziləri üçün musiqili piknik təşkil etdilər - FOTO - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Qubada piknik

Tədbirin özəlliyi onda idi ki, məkan çox gözəl seçilmişdi: burada insan özünü sanki Şuşadakı Cıdır düzündə hiss edirdi. Tədbirdə çıxış edən Azərbaycanın incəsənət xadimləri Qarabağa, əsgərlərə həsr olunan mahnılar oxuyublar. Qazilərdən biri isə "Xudayar" təsnifini ifa edib. Çıxış edən hər kəs qazilərə Qələbəni bizə bəxş etdiyi üçün təşəkkürünü bildirib.

© Sputnik / Leyla AbdullayevaQubada piknik
Qarabağ qaziləri üçün musiqili piknik təşkil etdilər - FOTO - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Qubada piknik

İkinci Qarabağ müharibəsi qazisi Anar Əliyev Sputnik Azərbaycan-a müsahibəsində tədbirin onlar üçün çox maraqlı olduğunu bildirib: "Bu tədbir müharibədən sonra bizə sanki bir stimul oldu. Məkan o qədər gözəl seçilmişdi ki, insan özünü Şuşadakı kimi hiss edirdi. Rayon rəhbərliyinin və insanların sevgisini hiss etmək çox gözəldir. Belə hallarda, yarımcan olsaq da, insan özünü ruhən yaxşı hiss edir. Ən gözəli də budur ki, biz keçən ilin bu günü Qarabağa aid mahnıları göz yaşları ilə dinləyərdik. Bu gün isə qürur hissi ilə qulaq asırıq".

Eləcə də oxuyun:

  • Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib

  • Artıq 66 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

  • Nazir müavini: “Onların əlilliyi avtomatik olaraq təyin olunacaq”

  • Fidan Hacıyeva yeni layihəsi üçün Qarabağ qazilərini seçdi – VİDEO

Xəbər lenti
0