CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini: “Onların əlilliyi avtomatik olaraq təyin olunacaq”

© AR Ministry of Labour and Social Protection of the PopulationƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev  - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyir ki, Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir
Hidayət Abdullayev: “Əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq”

“Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

O bildirib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq: “Bunula belə nazirlik tərəfindən əlil şəxslərin əlillik dərəcəsi ilə təmin edilməsi üçün işlər aparılır. Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir. Bu siyahılar artıq bizdə var və onların əksəriyyəti, 90 faizdən çoxu ziyarət olunub. Vətən müharibəsində əlil olan şəxslərin də əlilliyi avtomatik olaraq təyin olunacaq”.

Hidayət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0