CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faşizmlə mübarizə aparanları Bakıda qeyri-adi üsulla yad etdilər

© Photo : RossotrudnichestvoНа берегу Каспийского моря в Апшеронском национальном парке кораблики с именами боровшихся против фашизма в ходе Великой Отечественной войны
На берегу Каспийского моря в Апшеронском национальном парке кораблики с именами боровшихся против фашизма в ходе Великой Отечественной войны - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Abşeron Milli Parkında təşkil edilmiş aksiyanın iştirakçıları üzərinə Böyük Vətən Müharibəsində vuruşmuş əzizlərinin adları yazılmış kağız gəmiləri Xəzərin sularına buraxıblar.

BAKI, 22 iyun — Sputnik. Azərbaycan paytaxtında iyunun 22-də "Xatırlayırıq" (#МЫПОМНИМ) adlı beynəlxalq aksiya keçirilib.

Tədbirdə Bakıdakı Rusiya Evinin əməkdaşları, eləcə də Azərbaycanda yaşayan həmvətənləri iştirak ediblər.

Abşeron Milli Parkına toplaşan iştirakçılar Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparan yaxınlarının, əzizlərinin adlarını yazdıqları kağız gəmiləri Xəzər dənizinin sularına buraxıblar.

Böyük Vətən Müharibəsinin başlanmasından 80 il ötür

Bu il Böyük Vətən Müharibəsinin başlanmasından səksən il ötür. 1941-ci il iyunun 22-də səhər alatoranda faşist Almaniyası SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayıb.

1941-ci ilin 22 iyununda Azərbaycan SSR də bütün sovet respublikaları ilə birgə müharibəyə qoşuldu.

Rusiya prezidentinin 1996-cı il fərmanı ilə hər il iyunun 22-də anım və xatirə günü qeyd olunur.

Eləcə də oxuyun:

  • Yaşı yüzə çatan veteran: "Öz-özümə "indi öləcəyəm" deyirdim"

  • Ölkə səksən il bundan əvvəl qalib gələcəyini bilərək döyüşə girdi

  • Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

Xəbər lenti
0