Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik

© Sputnik / Rahim MuradovAstara rayonu Tüləgüvan kənd sakini arıçı Tural Hidayətov
Astara rayonu Tüləgüvan kənd sakini arıçı Tural Hidayətov - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Arıçıların dediyinə görə, qiymətlər getdikcə bahalaşır, 2-3 il əvvəl 10-12 manata satılan arı şanının indi topdansatış qiyməti 18, bəzi yerlədə isə hətta 22 manatdır.

BAKI, 22 iyun — Sputnik. Astara arıçıları may balı süzümünə başlayıblar. Arıçılar ötən ilə nisbətən bu il məhsuldarlıq bol olacağını deyirlər. Astara rayonu Tüləgüvan kənd sakini arıçı Tural Hidayətov Sputnik Azərbaycanın bölgə müxbirinə ötən il məhsuldarlığın aşağı olmasının səbəblərini açıqladı:

"Biz arıçılar həmişə aprel-may aylarında arı ailələrini May balını toplamaq üçün Aran bölgəsinə aparırıq. Ötən il arıları Aran bölgəsinə köçürmək ölkədə 1-ci sərt karantin rejimi tətbiq edildiyi dövrə təsadüf etdi. Düzdür Kənd Təsərrüfatı Nazirliyindən bizə dəstək oldular və biz xüsusi buraxılış sənədi əldə etdik. Nəticədə ötən il sənədi əldə etmək May ayının yarısına kimi çəkdi. Lakin bu çox gec oldu və yonca çiçəyinin şirə verməsi müddəti bitmişdi. May balımız çox da olmasa Allah min bərəkət versin 300-400 kiloqram süzə bildik.

© Sputnik / Rahim Muradov Astara arıçılıq təsərrüfatı
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Astara arıçılıq təsərrüfatı

Ötən il məhsulumuzun satışı da çox çətin oldu, çünki karantin rejiminə görə paytaxta gedə bilmirdik, müştərilər isə məhsulu onlayn əldə etmək istəyirdilər. Biz də rayon qeydiyyatında olduğumuza görə paytaxta girişə icazəmiz yox idi. Düzdür əlimizdə məhsullarımız qaldı amma zülmlə 200 kiloqram bal sata bildik. Bildirim ki, sonra dağ-cökə balının və payız balının süzümü oldu. İlk süzümdə olduğu kimi digər iki süzümün vaxtı da növbəti sərt karantin rejimi dövrünə təsadüf etdi. Mən ötən il ümumilikdə 1,5 ton bal tədarük edə bildim, amma satmaqda çox çətinlik çəkdim. Hazırda da 400 kiloqrama yaxın ötən il süzdüyüm baldan qalıb. İstəyən və sifariş edən var idi, lakin göndərməyə şəraitimiz olmadığı üçün məhsul qalıb.

© Sputnik / Rahim MuradovAstara rayonu Tüləgüvan kənd sakini arıçı Tural Hidayətov
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Astara rayonu Tüləgüvan kənd sakini arıçı Tural Hidayətov

Bu il hələ ki, sərt karantin tətbiq edilməyib, bəlkə satış edə bildik. Bu il isə ümumilikdə 2 tona yaxın bal tədarük edəcəyim gözlənilir. Bizim müştərilər əsasən Bakı şəhərindədir. Onlardan artıq bir neçəsi bal sifariş ediblər. Bu günə kimi təxminən 200 kiloqrama yaxın bal sifariş olunub. İnşallah dağ balı süzümündən sonra, sərt karantin rejimi tətbiq edilməzsə gedib məhsulumuzu sataram.

© Sputnik / Rahim MuradovQiymətlər də getdikcə bahalaşır,2-3 il əvvəl arı şanını 10-12 manata alırdıqsa, indi topdan satış qiyməti 18, bəzi yerlədə isə hətta 22 manatdır
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Qiymətlər də getdikcə bahalaşır,2-3 il əvvəl arı şanını 10-12 manata alırdıqsa, indi topdan satış qiyməti 18, bəzi yerlədə isə hətta 22 manatdır

Payızda Bal yarmarkası olacağı da gözlənilir. Olsa yaxşıdır, çünki çəkdiyimiz əziyyətlər yerdə qalmaz. Bal əldə etmək xərc tələb edir, arı ailələrinin daşınması, arı şanı almaq və sair hamısı xərc tələb edir. Qiymətlər də getdikcə bahalaşır,2-3 il əvvəl arı şanını 10-12 manata alırdıqsa, indi topdan satış qiyməti 18, bəzi yerlədə isə hətta 22 manatdır. Amma məhsulumuzu baha sata bilmirik,1 kiloqramını 25, maksimum 30 manata sata bilirik."

© Sputnik / Rahim MuradovPayızda Bal yarmarkası olacağı da gözlənilir.
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Payızda Bal yarmarkası olacağı da gözlənilir.

İxtisasca Bilologiya müəllimi olan Tural Hidayətov arıxanasında artıq 5 ilə yaxındır ki, seleksiya işlərini özü apardığını və təsürrüfatında xaricdən gətirilən arı sortlarının da olduğunu bildirdi: "Təsərrüfatımda Avstraliyadan "Bakvas" və Almaniyadan "Karnika" sortları olan arı ailələri var. Bu arılar gənəyə və soyuğa qarşı dözümlüdürlər. Yerli arı sortlarından da ən azı 2 dəfə artıq məhsul toplayırlar. Onların xortumları uzun olduqlarından çiçəyin dibindən nektarı rahat sovura bilir. Daha dəqiq desək yerli arılar bir çiçəkdən 2 milli qram nektar çəkə bilirsə,bu növ xarici arılar isə 4-5 milli qram çəkir. Artıq ötən il onların məhsuldarlığının fərqini görmüşəm. Yəni yerli arının bir yeşiyindən 10 kiloqram bal əldə edirdimsə, xaricdən gətirdiyimiz arıların bir yeşiyindən mövsüm ərzində 20-25 kq bal götürmək olur."

© Sputnik / Rahim Muradov Astara arıçılıq təsərrüfatı
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Astara arıçılıq təsərrüfatı

T.Hidayətov bildirdi ki, Arıçılıq ona dədə-babadan qalıb. Tural uşaq vaxtlarından atasına arıçılıqda kömək etsə də özü isə 12 ildir arıçılıqla məşğuldur və təsərrüfatında 183 arı ailəsi var: " Bu arı ailələrindən 120-ni məhsuldarlıq üçün ayırmışam. Yerdə qalan 60-a yaxın arı ailəsindən satış üçün ana arı yetişdirirəm, arı südü, çiçək tozu, güləm və propolisi əldə edib satıram".

Həmçinin oxuyun:

Astaradan Bakıya möcüzə gətiriləcək: Bu il məhsul həm boldur, həm də keyfiyyətli

Bal özü müştərilərin ayağına gəlib - REPORTAJ

Xəbər lenti
0