"E" qrupunda Sevilyada şənbə günü keçən oyun 1:1 hesabı ilə başa çatıb. İspanlar 25-ci dqiqədə Alvaro Moratanın qolu ilə irəli çıxıblar. Polşalılar isə komandanın kapitanı Robert Levandovskinin 54-cü dəqiqədə başla vurduğu qolla bərabərliyi bərpa ediblər. Oyunun 58-ci dəqiqəsində İspaniya millisinin hücumçusu Jerar Moreno penalti zərbəsini qola çevirə bilməyib, top qapı tirinə tuş gəlib.
Stadionda oyuna 11742 azarkeş tamaşa edib.
Polşa komandası AVRO-2020-də ilk xalını qazanıb. İspaniya millisinin isə iki ard-arda heç-heçədən sonra iki xalı var.