Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Günəş: Türkiyə yığmasının özəyi qarşıdakı on il ərzində komandanın oyununu müəyyən edəcək

© REUTERS / VALENTYN OGIRENKOГлавный тренер сборной Турции Шенол Гюнеш
Главный тренер сборной Турции Шенол Гюнеш - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi bildirib ki, Avropa çümpionatındakı indiki heyət qarşıdakı on il ərzində komandanın oyununu müəyyən edəcək

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Turnirdən belə tez kənarda qalmaq heyifdir. Biz bu çempionata 4 il hazırlaşmışıq və buna çoxlu güc sərf etmişik. Biz ölkəmizi yaxşı təmsil etmək və burada uğur qazanmaq istəyirdik. Buna baxmayaraq, təslim olmaq fikrimiz yoxdur. Türkiyə yığmasının hazırda özəyini təşkil edən oyunçular qarşıdakı on il ərzində komandanın oyununu müəyyən edəcək", - deyə Günəş mətbuat konfransında bildirib.

Xəbər lenti
0