Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

© REUTERS / Pool /Dan MullanГлавный тренер сборной Турции Шенол Гюнеш
Главный тренер сборной Турции Шенол Гюнеш - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

Xəbər lenti
0