Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Portuqalların iki avqtoqolu Almaniya yığmasına qalib gəlməkdə kömək etdi

© AFP 2024 / PHILIPP GUELLANDФутболисты сборной Германии Кай Хаверц и Серж Гнабри (в центре слева направо)
Футболисты сборной Германии Кай Хаверц и Серж Гнабри (в центре слева направо) - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatında Almaniya yığması iradə nümayiş etdirərək Portuqaliya millisini məğlub edib.

"F" qrupunun ikinci turunda qarşı-qarşıya gələn Almaniya-Portuqaliya oyunundan almanlar qələbə ilə ayrılıblar.1296 azarkeşin tamaşa etdiyi oun 4:2 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Kay Havers (51-ci dəqiqə) və Robin Hosens (60) vurublar. Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu (15) və Dioqu Jota (67) fərləniblər. Portuqaliyalıların daha iki oyunçusu isə avtoqola imza atıblar: Ruben Diaş (35) və Rafael Qerreyru (39). Bu avtoqollar turnirdə oyunçuların öz qapısına vurduğu 4 və 5-ci qollardır. Bu, Avropa çümpionatları üçün özünəməxsus bur rekorddur.

Ronaldu karyerası ərzində Almaniya yığmasına ilk qolunu vurub və bununla da dünya və Avropa çempionatlarında vrduğu topların sayını 19-a çatdırıb. Bu göstəriciyə görə futbolçu 2016-cı ildə karyerasını başa vurmuş almaniyalı Miroslav Klozeyə çatıb.

"F" qrupunda keçirilən digər oyunda Fransa və Macarıstan 1:1 hesabı ilə heç-heçə ediblər. İki turdan sonra fransızların 4, Almaniya və Portuqaliyanın isə hərəyə 3 xalı var. Macarıstan 1 xalla qrupda sonuncu yerdədir.

Qrup mərhələsinin son turunda Almaniya millisi Münhendə macarlarla, Portuqalıya yığması isə Budapeştdə fransıqlarla üz-üzə gələcək. Oyunlar iyunun 23-də keçiriləcək.

Xəbər lenti
0