AVRO-2020-də oyunçuların öz qapılarına vurduqları qolların sayına görə rekord vurulub.
"F" qrupunda Münhendə Almaniya və Portuqaliya yığmaları arasında keçirilən oyunda portuqallar iki dəfə topu öz qapılarına göndərib. İkinci hissədə oyunda hesab 4:2 almanların xeyrinədir.
Ruben Diaş və Rafael Qerreyru hazırkı çempionatda vurulan 4-5-ci avtoqolları vurublar. 1960-2016-cı illərdə Avropa çümpionatlarının final mərhələlərində oyunçular öz qapılarına 9 dəfə qol vurub.
2016-cı ildə cəmi üç bu cür hal qeydə alınıb. Beləliklə, AVRO-2020 bu göstəriciyə görə 2016-cı il birinciliyini geridə qoyub.
Almaniya komandasının portuqalların qapısına qol vuran yarımmüdafiəçisi Kay Havers alman yığmaları tarixində rəqib komandanın qapısına yol tapmış ən gənc futbolçu olub (22 yaş və 8 gün).