Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyə millisinin müdafiəçisi Meraş komandasının AVRO-2020-dəki oyununa görə üzr istəyib

© Sputnik / Murad Orujov / Mediabanka keçidЗащитник сборной Турции Умут Мераш (справа) в матче со сборной Уэльса
Защитник сборной Турции Умут Мераш (справа) в матче со сборной Уэльса - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
Türkiyə millisinin müdafiəçisi etiraf edib ki, nə o, nə də həmkarları azarkeşlərin etimadını doğrultmayıblar.

Türkiyə millisinin futbolçuları Uels yığması ilə Avropa çempionatının oyununda qələbə üçün kifayət qədər çalışmayıblar və buna görə azarkeşlərdən üzr istəməlidirlər. Bunu türklərin müdafiəçisi Umut Meraş deyib.

Çərşənbə günü Avropa çempionatında Türkiyə millisi 0:2 hesabı ilə Uels yığmasına uduzub.

"Bizi tribunalarda və televizor qarşısında dəstəkləyən azarkeşlərdən üzr istəmək istəyirəm. Biz onların etimadını doğrultmadıq. Düşünürəm ki, biz bu gün qələbəyə o qədər də can atmadıq. Etdiklərimiz isə kifayət etmədi. İstənilən halda pley-off mərhələsinə çıxmaq üçün şansımız qalır, qarşıda burada hələ bir oyunumuz da var. İsveçrə millisinə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik", - deyə Meraş jurnalistlərə bildirib.
Xəbər lenti
0