Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı stadionunda sükut: AVRO-da Uels yığması Türkiyə millisini necə məğlub etdi

© Sputnik / Murad OrujovИгровой момент в матче второго группового этапа чемпионата Европы по футболу между сборными Турции и Уэльса на Бакинском олимпийском стадионе
Игровой момент в матче второго группового этапа чемпионата Европы по футболу между сборными Турции и Уэльса на Бакинском олимпийском стадионе - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
RİA Novosti-nin müxbiri Aleksandr Roqulevin Avropa çempionatının Türkiyə-Uels qarşılaşması barədə reportajı.

Uels yığmasının futbolçuları Avropa çempionatının qrup mərhələsində Türkiyə komandasını məğlubiyyətə uğradıblar. Bakı Olimpiya stadionunda keçirilən oyun 2:0 (1:0) hesabı ilə Uels yığmasının xeyrinə başa çatıb. Qaliblər arasında qolları Aaron Remzi (42-ci dəqiqə) və Konnor Roberts (90+5) vurublar.

Oyunun 61-ci dəqiqəsində Uels yığmasının yarımmüdafiəçisi Qaret beyl penaltini qola çevirə bilməyib.

Qırmızı-bəyaz Bakı

"Bir millət – iki dövlət" prinsipi hələ Heydər Əliyev dövründən Azərbaycan və Türkiyə arasında münasibətləri ideal şəkildə əks etdirir. Onun oğlu, Azərbycanın hazırkı rəhbəri İlham Əliyev atasının xarici siyasət xəttini davam etdirib, ötən ilin payızında Qarabağda baş verən hadisələr isə iki dövləti maksimum yaxınlaşdırıb.

Türkiyə bayraqları Bakıda elə AVRO-suz da hər yerdədir. Eyvanlarda, avtomobillərdə, dükan və ya apteklərin girişində. Bəzi yerlərdə onlar Azərbaycan bayrağı ilə yanaşı dalğalanır, bəzi yerlərdə isə ayrıca. Odur ki, "türklər Bakıda öz evlərində olduğu kimi oynayacaqlar" ifadəsində "olduğu kimi" sözlərini asanlıqla atmaq olar. Şenol Güneşin komandası üçün Azərbaycan paytaxtında oyun 100% doğma meydanda keçirilən oyundu.

© Sputnik / Murad OrujovAVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçından öncə Bakı Olimpiya stadionu yaxınlığında əlində Azərbaycan bayraqları tutmuş azarkeşlər
Bakı stadionunda sükut: AVRO-da Uels yığması Türkiyə millisini necə məğlub etdi - Sputnik Azərbaycan, 1920, 16.06.2021
AVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçından öncə Bakı Olimpiya stadionu yaxınlığında əlində Azərbaycan bayraqları tutmuş azarkeşlər
Oyunlara da maraq elə buna müvafiqdir. Turnir hələ başlamamışdan ümumilikdə təqribən 35 min biletdən 20 mini artıq alınmışdı. Oyundan bir gün əvvəl isə satışda bilet artıq qalmamışdı. İsveçrə-Uels oyununa olan maraqla müqayisə edin. Həmin oyuna heç 9 min tamaşaçı da toplanmamışdı.

Türkiyə prezidenti Ərdoğanın gəlişi də əlavə maraq doğurub. Dövlət başçısı harada olurdusa, dərhal orada Türkiyə komandasının köynəklərini geymiş azərbaycanlılar toplaşırdılar. Adi gün olmasına rəğmən bir gün əvvəlki Milli Qurtuluş Gününün bayram edilməsinin davamı hiss olunurdu.

"Əsl Türkiyə"?

Məlumdur ki, İsveçrə komandası ilə heç-heçəni Uelsdə qələbə kimi qiymətləndiriblər. Sarıqlı başı ilə qol vurmuş Kiffer Mur isə milli qəhrəman səviyyəsinə qaldırıldı. Britaniyalı həmkarlarımız yazırdılar ki, Bakıda keçirilən oyunun 90 dəqiqəsi ərzində hücumçunun qiyməti 15 milyon funta qalxıb və o, artıq bu ilin yayında İngiltərə premyer-liqasına çıxa bilərdi. Halbuki, hələ beş il əvvəl İngiltərənin həvəskar liqası, Norveç çempionatı və hovuzda xilasedici işi arasında ora-bura qaçırdı.

Bununla yanaşı, Uels əvvəlki kimi bütün qrupun, eləcə də konkret olaraq Türkiyə ilə oyunun autsayderidir. İtaliyada darmadağından və qrupda vəziyyətdən asılı olmayaraq. Turnirdən əvvəl danışılan problemlərdən əlavə, həmçinin Qaret Beylin hazırlıq səviyyəsi də əlavə olundu. İngiltərə premyer-liqasını mövsümün sonunda silkələyən hücumçu AVRO-nun ilk oyununda, demək olar ki, nəzərə çarpmırdı. Beyl bildirmişdi ki, türklərlə oyunda o daha motivasiyalı olacaq.

© Sputnik Murad Orudzhev / Mediabanka keçidUels yığmasının kapitanı Qaret Beyl Bakıda məşq zamanı
Bakı stadionunda sükut: AVRO-da Uels yığması Türkiyə millisini necə məğlub etdi - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Uels yığmasının kapitanı Qaret Beyl Bakıda məşq zamanı
Lakin Romada oyunu batırmış türklər özləri də başqa cür oynamağa söz vermişdilər. "İnanın, biz çərşənbə günü əsl Türkiyəni göstərəcəyik",- deyə türklərin kapitanı Burak Yılmaz oyundan əvvəl bildirirdi. "Ay-ulduzlular"ın əfsanəvi məşqçisi Şenol Günəş Avropa çempionatları tarixində turnirə pis başlamış, sonradan isə xeyli irəli getmiş komandaların olmasından danışırdı.

Günəşin yetirmələri arasında zədəli olanı yox idi. Sual altında olan müdafiəçilər Çağlar Söyüncü və Umut Meraş dünən komanda ilə məşq edirdilər, çərşənbə günü isə start heyətində meydana çıxdılar. Baş məşqçi yalnız AVRO-2020-də ilk avtoqolun müəllifi Merih Dəmirəli və Yusif Yazıçını dəyişmişdi. Sonuncunun yerini onun "Lester"dəki həmkarı, Romadakı oyunda özünü daha yaxşı göstərmiş Cengiz Ündər tutmuşdu.

Remzinin "dırmığı"

Buna vaxmayaraq, birinci hissədə "əsl Türkiyə"ni biz ancaq tribunalarda gördük. Azərbaycanlılar və Türkiyə sahillərindən gəlmiş qonaqlar heç də İstanbul və ya Trabzondakından pis azarkeşlik etmirdilər. Meydandakı oyunçular isə onlara gözlənilməz şəkildə ehtiyatlı oyunla cavab verirdilər. Oyunun 30-cu dəqiqəsində Olimpiya stadionu hətta fit çalmağa da başladı – vəziyyət o dərəcədə pis idi. Komandalardan heç biri topa nəzarət edə bilmirdi. Qol vəziyyəti isə cəmi bir dəfə oldu. Remzi müdafiəçilər arasında boşluqdan istifadə edərək qabağa qaçdı və qapıçı ilə təkbətək çıxdı. Lakin uelslilərin "onuncusu" topu qapıdan xeyli yuxarı vurdu.

© Sputnik / Murad OrujovAVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçı
Bakı stadionunda sükut: AVRO-da Uels yığması Türkiyə millisini necə məğlub etdi - Sputnik Azərbaycan, 1920, 16.06.2021
AVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçı

Fasiləyə bir az qalmış tamaşaçılar axır ki Günəşin komandasını britaniyalıların qapısını fəal şəkildə mühasirəyə almağa məcbur etdilər. Lakin heç bir nəticə hasil olmadı – Uels komandasının müdafiəsi saat kimi işləyirdi. Türklər haqqında isə bunu qətiyyən demək olmaz. Dəfələrlə dörd müdafiəçi və dayaq müdafiədə oynayan Okay Yokuşlu oyunda itirdi və nəticədə komanda yenə Remzinin "dırmığına" ayaq basdı. Beyldən gözəl ötürmə alan Remzi yenidən qapıçı ilə təkbətək qaldı və bu dəfə topu qapıçının yanından tora göndərdi.

Günəşin artıq itirəcək heç nəyi yox idi. Fasilədə iki oyunçu dəyişikliyindən sonra Türkiyə millisi 46-cı dəqiqədən irəli qaçmağa başladı. Fransanın çempionu olmuş, bizə "əsl Türkiyəni" göstərməyi söz vermiş Burak Yılmaz Uels müdafiəçilərinin arasında itdi. Əvəzində isə türkiyəli müdafiəçilər bir daha səhvə yol verdilər və cərimə meydançası xəttində qaydanı pozdular. Hakim bunu penalti ilə cəzalandırmaq qərarına gəldi və Beyl 61-ci dəqiqədə Bakını susmağa məcbur edə bilərdi. Lakin o, topu "doqquzluq"dan xeyli yuxarı vuraraq hamını təəccübləndirdi.

Bu əsəbləri daha da gərdi, stadion hələ də "alov içində" idi. Lakin Deni Uordun qapısı önündə hər şey yenə də sabit idi. Yalnız bircə dəfə orada vəziyyət tribunalarda olduğu kimi isindi: oyunu batırmış Yılmaz kiçik bir dava etdi və özünə sarı vərəqə qazandı. Uels yığması artıq əlavə vaxtda ikinci qolu vurdu. Penaltini vura bilməyən Beyl ikinci məhsuldar ötürmə ilə özünə bəraət aldı. Olimpiya stadionundakı tamaşaçılar isə artıq evlərinə getməyə başladılar: bu oyunu artıq xilas etmək mümkün deyildi...

© Sputnik / Murad OrujovAVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçında azarkeşlər
Bakı stadionunda sükut: AVRO-da Uels yığması Türkiyə millisini necə məğlub etdi - Sputnik Azərbaycan, 1920, 16.06.2021
AVRO-2020 qrup mərhələsinin ikinci turunun Türkiyə-Uels matçında azarkeşlər
Xəbər lenti
0