Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyə millisinin müdafiəçiləri Söyüncü və Meraş Uelsə qarşı oynaya biləcəklər

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidЗащитник сборной Турции Умут Мераш
Защитник сборной Турции Умут Мераш - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Türkiyə yığmasının müdafiəçiləri Çağlar Söyüncü və Umut Meraş, komandanın digər futbolçuları kimi Uels ilə oyuna hazırlaşırlar.

Türkiyə millisi iyunun 16-da AVRO-2020-də özünün ikinci oyununu Uels komandası ilə oynayacaq. Start görüşündə türklər böyük hesabla İtaliyaya uduzublar - 0:3. Söyüncü və Meraş zədələrə görə bazar ertəsi komandanın məşqini buraxıblar.

"Bütün futbolçularımız sağlamdırlar, onlar var gücləri oynamaq üçün meydançaya çıxacaqlar", - deyə Türkiyə millisinin Şenol Günəş zədələnmiş müdafiəçilər barədə suala cavab verərkən deyib.

Mütəxəssis start heyətində mümkün dəyişikliklər barədə danışmayıb: "Mən eyni heyətlə oynaya bilərəm, rəqibi nəzərə alaraq əvəzləmə edə də bilərəm. Lakin bu yüz faiz KİV-də deyilənlərin və küçədə danışılanların əsasında olmayacaq. Mən hamıya inanıram: həm start heyətində çıxanlara, həm də oynamayanlara".

Xəbər lenti
0