Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-də Portuqaliya Macarıstanı darmadağın etdi

© REUTERS / LASZLO BALOGHКриштиану Роналду забивает гол
Криштиану Роналду забивает гол - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Macarıstanla keçirilən oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun iki rekordu ilə yadda qalıb.

Portuqaliya yığmasının futbolçuları Avropa çempionatının qrup mərhələsinin birinci turunda Macarıstan komandası üzərində böyük hesablı qələbə qazanıblar.

F qrupunun Budapeçtdı keçirilmiş görüşü 3:0 hesabı ilə başa çatıb. Qolları Rafael Gerreyru (84) və Kriştianu Ronaldu (87 - penalti və 90+2) vurublar.

Ronaldu bu oyunda iki rekorda imza atıb. Belə ki, bu hücumçunun oynadığı sayca beşinci Avropa çempionatıdır. Ronaldu Avropa birinciliklərində 2004-cü ildən meydana çıxır və milli komandanın tərkibində gümüş (2004, Portuqaliya), bürünc (2012, Polşa və Ukrayna) və qızıl (2016, Fransa) medallara sahib olub.

Ronaldu həmçinin iki qol vuraraq 1984-cü ilin Avropa çempionu, hesabında 9 qol olan Fransa yığmasının o vaxtkı oyunçusu Mişel Platinini geridə qoyub. Portuqaliyalının hesabında 11 qol var.

Bu qrupdakı digər görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa Almaniya ilə qarşılaşacaq.

Növbəti turda portuqallar Münhendə iyunun 19-da almanlarla qarşılaşacaqlar, macarlar isə həmin Budapeştdə fransızları qəbul edəcəklər.

 

Xəbər lenti
0