Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Brüsseldə Aİ-ABŞ sammiti başlayır – gündəm

© © Stephanie Lecocq / Pool via REUTERSПрезидент США Джо Байден на встрече с генеральным секретарем НАТО Йенсом Столтенбергом во время саммита НАТО в штаб-квартире Североатлантического союза в Брюсселе, Бельгия, 14 июня 2021 г.
Президент США Джо Байден на встрече с генеральным секретарем НАТО Йенсом Столтенбергом во время саммита НАТО в штаб-квартире Североатлантического союза в Брюсселе, Бельгия, 14 июня 2021 г.  - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Xəbərlərə abunə olun
Avropa İttifaqının yüksəkçinli nümayəndəsi Aİ-NATO sammiti ərəfəsində jurnalistlərə qarşıdakı tədbirdə nələrin müzakirə olunacağından danışıb.

BAKI, 15 iyun – Sputnik. Brüsseldə iyunun 15-də start götürən sammitin gedişində ABŞ və Avropa İttifaqı liderləri Rusiya ilə münasibətdə ikitərəfli dialoqun başlanacağını elan etmək niyyətindədirlər. Bu barədə jurnalistlərə Aİ-nin yüksəkçinli nümayəndəsi deyib.

Rusiya üzrə dərinləşdirilmiş diskussiya

“Rusiya üzrə substantiv müzakirələr gözləyirəm. Liderlərin, Çinlə olduğu kimi Rusiya ilə də yüksək səviyyədə dialoqun başlanacağı barədə bəyanat verəcəkləri gözlənilir”, - diplomat söyləyib.

Onun sözlərinə görə, bu format “Aİ ilə ABŞ-a Rusiya üzrə dərinləşdirilmiş diskussiya aparmağa imkan verəcək”. Eyni zamanda o hesab edir ki, “sammit bütün problemləri həll etməyəcək”.

“Ancaq Baydenin də dediyi kimi, diplomatiya qayıdıb”, - Aİ nümayəndəsi əlavə edib.

Diplomat eləcə də qeyd edib ki, “Şimal axını-2” qaz kəmərinin tikilməsi məsələsi sammitin gündəmində yoxdur. Onun sözlərinə görə, tərəflərin bu barədə rəyi artıq məlumdur.

Moskvada nə fikirləşirlər

“Böyük yeddilik” (G7), NATO və Aİ-ABŞ formatında sammitlər Qərbdə “ağılların durumunun indikatoru” olacaq, “Primakov qiraətləri” forumunda çılxış edən Rusiya Xarici işlər naziri Sergey Lavrov demişdi.

“Qərbin aparıcı ölkələrində ağılların nə durumda olduğunu qarşıdakı “yeddilik”lə NATO-nun və Birləşmiş Ştatlar-Avropa Birliyi sammitlərinin nəticələri göstərəcək”, - o söyləıyib.

Lavrovun sözlərinə görə, təkcə Rusiya deyil, digər bir çox ölkələr də “Qərb nümayəndələrinin faktlara söykənən doğruçul dialoqa hazır olmaması” ilə qarşılaşırlar.

Aİ ilə ABŞ münasibətləri təzələyirlər

Aİ nümayəndəsinin sözlərinə görə, sammit Avropa İttifaqı ilə ABŞ münasibətlərinin yenilənməsinə xidmət etməlidir.

“Gözlənilir ki, liderlər yaxın illərin müsbət gündəmini müəyyənləşdirsinlər”, - o deyib və əlavə edib ki, tərəflər xüsusilə Brüssellə Vaşinqton arasında ticarət və iqtisadiyyat, eləcə də təhlükəsizlik və müdafiə sahəsində məsələləri müzakirə edəcəklər.

Diplomat əmindir ki, Aİ ilə ABŞ liderləri pandemiyaya böyük diqqət ayıracaqlar. Xüsusən Aİ “virusun mənbəyinin müəyyənləşdirilməsi üçün müstəqil araşdırmanın tərəfdarıdır”.

“Nəyin baş verdiyini dünyanın bilməsi çox vacibdir, olanlardan dərs almaq lazımdır. Hesab edirəm ki, bu məsələ də qaldırılacaq”, - deyən diplomat əlavə edib ki, bu mövzu çərçivəsində tərəflər Aİ ilə ABŞ arasında pandemiya səbəbindən dayandırılan gediş-gəlişin bərpasını da müzakirə edəcəklər.

Yekun olaraq, Aİ nümayəndəsi qeyd edib ki, gündəmə Çinin inkişafı, Türkiyə ilə münasibətlər, Ukraynada vəziyyət, İranla nüvə razılaşması və Qarabağda müharibə də daxil ediləcək.

Eləcə də oxuyun:

  • NATO Baş katibi sammitin əsas mövzularını açıqladı

  • Politoloq: “ABŞ Çinin iqtisadi inkişafının qarşısını almaq istəyir”

  • Bayden kraliça ilə görüşdə Trampın səhvini təkrarlamayıb

  • Zaxarova G7-nin Rusiya barədə bəyanatını şərh edib

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала