23:53 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
DÜNYA
Qısa URL
52 0 0

Yens Stoltenberq NATO-Rusiya münasibətlərinin soyuq müharibənin bitməsindən sonra ən aşağı səviyyədə olduğunu bildirib.

BAKI, 14 iyun — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə alyansın sammitindən öncə bildirib ki, görüşün əsas mövzusu Rusiya və baş tutacaq ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin görüşü olacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, NATO sammiti tərəfdaş ölkələrin liderlərinin fiziki iştirakı ilə bu gün keçiriləcək. Görüş zamanı alyansın 2030-cu ilə qədər yeni strateji konsepsiyası, Rusiya, Çin, texniki inkişafın möhkəmlənməsi, iqlim dəyişikliyi, kiberməkan və kosmosda təhdidlərlə mübarizə müzakirə olunacaq.

Stoltenberq qeyd edib ki, NATO-nun Rusiya ilə münasibətləri soyuq müharibənin bitməsindən sonra ən aşağı səviyyədədir: "Əminəm ki, NATO liderləri bizim Rusiyaya qarşı ikili yanaşmamızı təsdiqləyəcək: Bir tərəfdən güclü müdafiə, digər tərəfdən isə dialoq".

Baş katibin sözlərinə görə, NATO ölkələrinin liderləri ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin görüşü öncəsi məsləhətləşmələr həyata keçirəcəklər.

Şimali Atlantika alyansının sammiti iyunun 14-də Brüselldə keçirilir. Sammit 1 gün davam edəcək.

NATO (North Atlantic Treaty Organization - Şimali Atlantika Müdafiə Təşkilatı - başqa adla Şimali Atlantika alyansı) hərbi-siyasi bloku 1949-cu ildə yaradılıb. 

NATO sammiti bir qayda olaraq, iki ildə bir dəfə keçirilir.

2014-cü ilin oktyabrından etibarən təşkilatın Baş katibi Yens Stoltenberqdir.

Həmçinin oxuyun:

Burda kimin başbilən olduğunu onlara göstərərik: NATO öz qoşunlarını Ukraynaya yollayır

Zaxarova: Rusiya NATO ilə dialoqa hazırdır

Politoloq: “Rusiya və NATO arasında soyuq müharibənin daha bir fazası yaşanır”

Əsas mövzular