Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Slovakiya yığması AVRO- 2020-də Polşa millisinə qalib gəlib

© Sputnik / Alexey Danichev / Mediabanka keçidФутболисты сборной Словакии
Футболисты сборной Словакии - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Futbol üzrə Slovakiya yığma komandası Avropa çemionatının qrup mərhələsindəki ilk oyununda Polşa millisini məğlub edib.

BAKI, 14 iyun — Sputnik. AVRO-2020-nin "E" qrupunda keçirilən oyunda Slovakiya yığması Polşa millisinə qalib gəlib. 18-ci dəqiqədə slovakiyalı yarımmüdafiəçi Robert Makın zərbəsindən sonra top qapı tirinə dəyib, sonra isə polyak qapıçı Voysex Şensnıya toxunaraq qapıya daxil olub. Bununla da Şensnı Avropa çempionatı oyunlarında hesabına avtoqol yazılmış ikinci qapıçı olub.

Polşa millisi bunun əvəzini 46–cı dəqiqədə Karol Linettinin qolu ilə çıxıb. Slovak Milan Şkrinyar isə 69-cu dəqiqədə vurduğu qolla oyunun nəticəsində son nöqtəni qoyub.

Oyunun 62-ci dəqiqəsində iki sarı vərəqədən sonra Polşa millisinin oyunçusu Qjeqoj Krıxovyak meydandan qovulub.

Oyunu stadionda 12 862 tamaşaçı izləyib.

Qeyd edək ki, bu, Slovakiya millisinin Avropa çempionatlarının final mərhələsindəki ikinci qələbəsidir. 2016-cı ildə slovaklar Rusiya millisini 2:1 hesabı ilə məğlub ediblər.

Bu gün Sevilyada "E" qrupunun daha bir oyunu keçiriləcək. İspaniya komandası İsveç millisi ilə qarşılaşacaq.

İyunun 18-də, qrup mərhələsinin ikinci turunda Slovakiya millisi İsveç komandaı ilə Sankt-Peterburqda, bir gün sonra isə Polşa millisi ispanlarla Sevilyada qarşılaşacaq.

Xəbər lenti
0