BAKI, 14 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib. Amsterdamda Niderland yığması Ukrayna millisi ilə qarşılaşıb.
C qrupunun oyunu çox gərgin şəraitdə keçib və Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə qol vurulmayıb.
İkinci hissədə 52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb.
Ukraynalı Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk isə 79-cu dəqiqədə hesabı bərabərləşdirib.
85-ci dəqiqədə isə niderlandlı Denzel Dyomfris oyunda sonuncu qolu vurub - 3:2.
C qrupunun digər oyununda Avstriya Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlib.