Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.
Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.
Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.
Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.