CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uels millisinin oyunçusu zədədən yayındı və AVRO-nun növbəti matçına çıxmağa hazırdır

© REUTERS / TOLGA BOZOGLUНападающий сборной Уэльса Киффер Мур
Нападающий сборной Уэльса Киффер Мур - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Avropa çempionatında Uels millisi az qala özünün əsas zərbə forvardını itirəcəkdi, ancaq hər şey yoluna düşdü.

Uels millisinin forvardı Kiffer Mur ciddi zədədən yayına bilib, onun travması futbol üzrə Avropa çempionatının növbəti oyununda iştirak etməyə mane olmayacaq. Bunu komandanın baş məşqçi əvəzi Robert Peyc deyib.

Нападающий сборной Уэльса Киффер Мур - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Mur: Turnir nöqteyi-nəzərindən isveçrəlilərlə heç-heçə Uels yığmasını qane edir

 

Şənbə günü Bakıda keçirilən A qrupunun İsveçrə-Uels oyunun 1:1 hesabı ilə bitib. Mur Uels komandasına cavab qolunun müəllifi olub. Oyunun əvvəlində futbolçunun üzü kəsilib, matçın qalanını başında sarğı ilə keçirib.

 

"Mur özünü normal hiss edir, kəsik ona oynamağa mane olmadı, nəticəni də hamınız gördünüz. Ona ilkin yardım göstəriləndən sonra qayıtdı, tibbi heyət ona oynamağa icazə verdi və mən də onu əvəzləmək fikrində deyildim. Bəli, bugünkü performans əla idi, ancaq bir daha təkrarlamaq istıəyirəm ki, bugünkü nəticə bir nəfərin deyil, bütün komandanın nailiyyəti idi", - Peyc mətbuat konfransında deyib.

 

Xəbər lenti
0