Avropa çempionatının Danimarka-Finlandiya oyunu zamanı meydandan çıxarılıb aparılarkən danimarkalı futbolçu Kristian Erikssen əlini qaldırdı.
Bunu Reuters özünün fotoqrafının məlumatına istinadən yayıb.
Rusiya millisinin də yer aldığı B qrupunun oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər oyunçuya ilkin yardım göstəriblər, ürəyin bilvasitə masajını ediblər. Sonra futbolçunu tribuna altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.
Reuters öz fotoqrafına istinadən bildririr ki, meydandan çəxarılanda Erikssen əlini qaldırıb.