https://sputnik.az/20210612/Beyl-Uels-yigmasinin-futbolculari-AVRO-2020-nin-ilk-oyunundan-tramplin-kimi-istifade-edirler-427199492.html
Beyl: Uels futbolçuları AVRO-2020-nin ilk oyunundan tramplin kimi istifadə edirlər
Beyl: Uels futbolçuları AVRO-2020-nin ilk oyunundan tramplin kimi istifadə edirlər
Sputnik Azərbaycan
Uels millisinin kapitanı və lideri hesab edir ki, komandası AVRO-2020-dəki nəticələrini yaxşılaşdıra biləcək. 12.06.2021, Sputnik Azərbaycan
2021-06-12T20:16+0400
2021-06-12T20:16+0400
2021-11-16T23:56+0400
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427196608_0:0:2880:1629_1920x0_80_0_0_ffffb002c8d5dae993928851440c91f8.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427196608_0:0:2880:1811_1920x0_80_0_0_927efcad6af7d6b9f38d100957c7395c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, avro 2020, xəbərlər, azərbaycan
xəbərlər, avro 2020, xəbərlər, azərbaycan
Beyl: Uels futbolçuları AVRO-2020-nin ilk oyunundan tramplin kimi istifadə edirlər
20:16 12.06.2021 (Yenilənib: 23:56 16.11.2021) Uels millisinin kapitanı və lideri hesab edir ki, komandası AVRO-2020-dəki nəticələrini yaxşılaşdıra biləcək.
Uels yığmasının futbolçuları qrupdan çıxmaq üçün Avropa çempionatında İsveçrəyə qarşı ilk oyundan tramplin kimi istifadə edəcəklər.
Bunu Uels komandasının kapitanı Qaret Beyl söyləyib.
Şənbə günü Bakıda keçirilən A qrupunun İsveçrə-Uels oyunu 1:1 hesabı ilə yekunlaşıb.
"Bu gün hər iki komanda futbol oynamağa çalışdı. Ağır idi, ancaq bizim üçün yekun nəticə ümumilikdə qəbulediləndir. Biz mütləq bu oyundan dərs çıxaracağıq", - Beyl jurnalistlərə deyib.
"Qalib gəlmək istəyirdik, məqamlar yaradırdıq, ancaq onların komandasında da əla uşaqlar oynayırlar. Hesabda geri düşəndə haradasa ruhdanı düşürsən, amma biz həmişə olduğu kimi bu gün də xarakter və əzm göstərdik. Belə istidə oynamaq asan deyil, ancaq tərləməli olduq, uşaqlarla fəxr edirəm. Oyundan sonra dedik ki, bu qarşılaşmanı tramplin kimi istifadə etməliyik", - futbolçu əlavə edib.