Bakı Olimpiya stadionunda AVRO-2020 - futbol üzrə Avropa çempionatının qrup mərhələsinin birinci turu çərçivəsində İsveçrə ilə Uels komandaları üz-üzə gəldilər.
İdmançılara azarkeşlik etmək üçün xeyli insan can atırdı. Hər iki komandanın azarkeşləri də öz idman həvəslərini daha parlaq ifadə etməyə çalışırdı.
Sputnik Azərbaycan-ın müxbiri olanları izləyərək lentə alıb.
Onu da qeyd edək ki, AVRO-2020-nin A qrupunda Bakıda yarışan Uels və İsveçrə yığmalarının oyununa 16 mindən çox bilet satılıb.
Bakıda AVRO-2020 oyunları
Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyun keçiriləcək. Bunlar "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) oyunlarıdır. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.