Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu pərdə ilə örtülü xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər. Oyun dayandırılıb.
Sonra məlum olub ki, futbolçu hospitala aparılıb, o, özünə gəlib və vəziyyəti sabitdir.
Matç Bakı vaxtı ilə 22:30-da, 43-cü dəqiqədən başladılıb. Hələlik hesab açılmayıb. Eriksseni Matias Yensen əvəzləyib.