https://sputnik.az/20210612/AVRO-2020-d-Danimarka-Finlandiya-mat-2230-da-davam-edck-427200761.html
AVRO-2020-də Danimarka-Finlandiya matçı 22:30-da davam edəcək
AVRO-2020-də Danimarka-Finlandiya matçı 22:30-da davam edəcək
Sputnik Azərbaycan
Komandalar birinci taymın 4 dəqiqəsini oynayandan sonra 5 dəqiqə fasilə verəcək, sonra isə növbəti 45 dəqiqəyə başlayacaqlar. 12.06.2021, Sputnik Azərbaycan
2021-06-12T22:12+0400
2021-06-12T22:12+0400
2021-11-16T20:26+0400
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427200434_0:312:3072:2048_1920x0_80_0_0_a55b4d4c557c4c5673a2bbb8fd770988.jpg
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427200434_0:118:3072:2048_1920x0_80_0_0_6490c746de35e5f431e5e22fa8e6fd7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, avro 2020, xəbərlər, dünya
xəbərlər, avro 2020, xəbərlər, dünya
AVRO-2020-də Danimarka-Finlandiya matçı 22:30-da davam edəcək
22:12 12.06.2021 (Yenilənib: 20:26 16.11.2021) Komandalar birinci taymın 4 dəqiqəsini oynayandan sonra 5 dəqiqə fasilə verəcək, sonra isə növbəti 45 dəqiqəyə başlayacaqlar.
Danimarkalı oyunçu Kristian Erikssenin huşunu itirməsi səbəbilə dayandırılan futbol üzrə Avropa çempionatının Danimarka-Finlandiya oyunu Bakı vaxtı ilə 22:30-da davam etdiriləcək.
Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu pərdə ilə örtülü xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.
"Kristian Erikssenin huşu özünə gəlib, vəziyyəti stabildir. Finlandiyaya qarşı oyun CET vaxtı ilə 20:30-da başlayacaq", - Danimarka Futbol İttifaqının məlumatında deyilir.
UEFA-nın mətbuat xidməti bildirib ki, komandalar birinci taymın 4 dəqiqəsini oynayandan sonra 5 dəqiqə fasilə verəcək, sonra isə növbəti 45 dəqiqəyə başlayacaqlar.