BAKI, 10 iyun — Sputnik. UEFA Festivalı AVRO coşqusunu və həyəcanını Bakı küçələrinə gətirir. Beləliklə, istər yerli sakin olun, istərsə də səyahət edən azarkeş, ilk, yaxud da sayını xatırlamadığınız AVRO təcrübənizdən asılı olmayaraq, ümid edirik ki, Bakıda səyahətdə olarkən UEFA Festivalı atmosferindən zövq alacaqsınız.
Festivala qoşulmaq üçün biletə ehtiyacınız yoxdur – bütün UEFA Festivalı tədbirləri ödənişsizdir!
Bakı hər oyun günü həmin gün yarışacaq ölkələrlə bağlı fərdi təqdimat üçün vizual şou təşkil edib. Siz stadiona yaxınlaşdıqca təbilçilər və orkestrin şounu daha da coşdurduğunun şahidi olacaqsınız.
Bakı şousu
Şəhərin ən məşhur diqqətəlayiq yerlərindən biri olan və Bakının mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi şounun heyranedici vizual effektləri ilə işıqlandırılacaq.
Hər gecə işıqlandırılan vizual şou həmin gün Bakı Olimpiya Stadionunda oynayan hər iki dövlətin futbolunun tarixini və bu gününü əks etdirməklə səyahət edən azarkeşlərə zövq yaşadacaq.
Heydər Əliyev Mərkəzini ziyarət edərkən siz unudulmaz təəssüratlar qazanacaqsınız. Mərkəzin nəhəng binası fan-zonaların böyük əksəriyyətindən və şəhərin məşhur piyada marşrutlarından görünür.
Bakı şousunun əsas faktları:
Keçirildiyi yer:
Heydər Əliyev Mərkəzi
Açılış tarixi və saatları:
AVRO-2020-nin qrup mərhələsi və 1/4 final oyunları üçün açıqdır. Tarix və vaxt aşağıda göstərilmişdir:
12 iyun (20:00–00:00)
16 iyun (20:00–00:00)
20 iyun (20:00 –00:00)
3 iyul (20:00 –00:00)
Giriş:
Sərbəstdir – Bilet tələb olunmur!
UEFA Festivalının COVID-19 bələdçisi / Sağlamlıq və təhlükəsizlik tədbirləri
Baxmayaraq ki, bu, küçədə keçiriləcək açıq hava şousudur, COVID tədbirləri ictimai yerlərdə görülən tədbirlərlə eyni olacaq.
• Maska taxmaq mütləqdir. Unutmayın, maskanız ağzınızı və burnunuzu örtməlidir.
• Sosial məsafə tələblərinə riayət etməyi unutmayın.
• Özünüzü pis hiss edirsinizsə və ya özünüzdə COVID-19 əlamətlərindən hər hansı birini müşahidə edirsinizsə, evdə qalın.
STADİON ƏYLƏNCƏSİ
Stadiona yaxınlaşdıqca azarkeşlərə - həvəsli futbol fanatları, eyni zamanda bütün ailə - gənc və yaşlı futbolsevərlər üçün nəzərdə tutulan əyləncə bəxş olunacaq. Təbilçilər və orkestr siz stadionun ərazisinə yaxınlaşdıqda musiqi səsləndirəcəklar.
Siz Olimpiya Stadionuna daxil olarkən stadionun daxilində sizi "stilt" akrobatları, çirliderlər, jonqlyorlar və hətta transformerlər salamlayacaqlar.
Stadion tədbirləri oyunun başlamasından 3 saat öncə start götürəcək və oyun günü topa ilk toxunuşa qədər davam edəcək.
UEFA.com saytını və rəsmi UEFA EURO 2020 tətbiqini izləyin. Burada sizi Bakıda keçirilən bütün tədbirlər barədə xəbərdar edəcəyik.
Eləcə də oxuyun:
-
AVRO-2020-nin Bakıda keçiriləcək görüşünü futbolumuzla tanış olanlar idarə edəcəklər
-
AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə edib
-
Bilet alan azarkeşlərə şad xəbər - Bu dəfə pulsuz olacaq
-
Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib
-
Futbol əhval-ruhiyyəsi: AVRO-2020 ərəfəsində Bakıda rəngərəng parad