CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib

© Sputnik / Irade JELILАвтомобиль дорожной полиции, фото из архива
Автомобиль дорожной полиции, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu günlərdə başlayacaq Avropa çempionatının oyunları bağlı sıxlıq gözlənilən yerlərdə şəxsi avtomobillərdən istifadəni məsləhət görmür.

BAKI, 10 iyun — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir: “Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, keçiriləcək AVRO-2020 ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Belə ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilərlər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.

V.Əsədov deyib ki, artıq polis gücləndirilmiş iş rejiminə keçib: “Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir da əhalini daha diqqətli olmağa çağırırıq. İnformasiya təhlükəsizliyinə diqqət yetirmələrini tövsiyə edirik”.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü İsveçrə–Uels (12 iyun), Tükiyə–Uels (16 iyun) və İsveçrə–Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır.

Azərbaycanın paytaxtı, eləcə də AVRO-2020-nin 1/4 final oyunlarından birinə də ev sahibliyi edəcək. Həmin oyun isə iyulun 3-də baş tutacaq.

Xəbər lenti
0