BAKI, 10 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Baydenin görüş yeri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında yerləşdirilib.
Məlumatda bildirilir ki, dünya liderləri İsveçrənin Cenevrə şəhərində "Villa La Grange" adlı iqamətgahda görüşəcək.
"İsveçrə Cenevrə seçimi ilə göstərilən inama görə hər iki tərəfə təşəkkür edir", - deyə məlumatda bildirilir.
The iconic Villa La Grange will host Presidents Biden 🇺🇸 and Putin 🇷🇺 on June 16. Switzerland thanks the two countries for the trust expressed by choosing #Geneva@POTUS @KremlinRussia_E pic.twitter.com/Q8vag8hhhL
— Swiss MFA (@SwissMFA) June 10, 2021
Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq gündəlik və regional münaqişələri müzakirə edəcəyi gözlənilir.
Rusiya-ABŞ münasibətlərində nə baş verir?
Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil.
"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib.
"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.
XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".
Niyə Cenevrə?
Kremlin mətbat xidməti bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü tərəflərin razılaşmasına əsasən iyunun 16-da Cenevrədə keçiriləcək.
Sammitin üçüncü ölkənin ərazisində keçirilməsi təklifini Rusiya liderinə prezident Baydenin özü edib. İki lideri görüşünün ABŞ liderinin vəzifəyə keçdikdən sonra ilk beynəlxalq turnesinin yekunu olacağı gözlənilir.
Şəhərlər arasında yekundə seçilən Cenevrə oldu. Daha əvvəl Politico mümkün variantlar arasında Reykyavik, Lyublyana, Praqa və Bakının adlarını çəkirdi.
Xatırladaq ki, məhz Cenevrədə 1985-ci ilin noyabrında Sov.İKP baş katibi Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqanın nüvə silhsızlaşdırılmasına dair ilk görüşü olub. Cenevrə görüşü "soyuq müharibə"nin bitməsi yolunda həlledici addım sayılır. İki ölkə lideri o zaman şəxsi təmas qura bildilər.
Putinlə Baydeni La Qranj villası qəbul edəcək
Rusiya və ABŞ liderləri Vladmir Putinlə Co Baydenin danışıqları İsveçrənin La Qranj villasında baş tutacaq.
Kremldən məlumatı təsdiqləyərək əlavə ediblər ki, Putin sammitə məhz Baydenlə görüş günü gələcək.
Həmçinin oxuyun:
Kreml təsdiqlədi: Görüş yeri Cenevrə
Ağ Ev Baydenlə Putinin müzakirə edəcəyi mövzuları açıqladı
Putinlə Baydenin görüşünə xələl gətirəcək qərar