Ağ Ev Baydenlə Putinin müzakirə edəcəyi mövzuları açıqladı

© AP Photo / J. Scott ApplewhiteБелый дом в Вашингтоне, фото из архива
Белый дом в Вашингтоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Baydeni Ukrayna, Belarus və silahlara nəzarət məsələsinə dair strateji sabitlik mövzusu narahat edir.

BAKI, 25 may - Sputnik. ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyəti müzakirə edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

O qeyd edib ki, görüşdə silahlara nəzarət məsələsinə dair strateji sabitlik mövzusuna kifayət qədər vaxt ayrılacağı gözlənilir:

"Bayden Ukrayna mövzusunu gündəmə gətirməyi planlaşdırıb. O, görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın dəstək verdiyini vurğulamaq niyyətindədir".

Psaki əlavə edib ki, Baydeni narahat edən digər planlaşdırılmış mövzu Belarusla bağlıdır. Ağ Ev sözçüsü önümüzdəki üç həftə ərzində yeni mövzuların ortaya çıxa biləcəyini də vurğulayıb.

* Kreml təsdiqlədi: Görüş yeri Cenevrə

Bir qədər əvvəl Kremldən bildirilmişdi ki, əldə edilmiş razılığa uyğun olaraq, Rusiyal Federasiyasının Prezidenti Vladimir Putin iyunun 16-da Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenlə danışıqlar aparacaq.

Bundan əvvəl Bayden Putinə üçüncü ölkə ərazisində sammit keçirməyi təklif etmişdi.

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil. 

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib. 

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.

XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qeyd edək ki, iki liderin görüş yeri olmağa namizəd şəhərlər arasında ən son iddiaçı Cenevrə olub. Beləliklə, Baydenin Putinlə görüşü ABŞ prezidentin vəzifəyə başladığı gündən bəri çıxdığı beynəlxalq səfərlərin yekunu olacaq.

Qeyd edək ki, məşhur "Politico" nəşri dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Həmçinin oxuyun: 

Putinlə Baydenin görüş yeri açıqlandı

Rusiya Putinlə Baydenin görüşü ideyasına müsbət yanaşır

Baydeni Bakıda gözləyəkmi? Görüşdə qərarlıdır

İndi də Bayden Kim Çen Inla görüşmək istəyir

Xəbər lenti
0