BAKI, 28 may - Sputnik. ABŞ-ın Açıq Səma haqda Müqaviləyə qayıtmamaq qərarı prezidentlər Vladimir Putinlə Co Baydenin qarşıdakı sammitinin fonunu qəlizləşdirir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Əlbəttə, bu addım liderlərin görüşü zamanı silahlara nəzarət mövzusunun müzakirəsi üçün əlverişli ab-hava yaratmır. Ancaq qeyd etmək istəyirəm ki, silahlara nəzarətin vacibliyinə rəğmən, anladığım qədəri ilə söhbət daha geniş gündəmi əhatə edəcək”, - Ryabkov deyib.
Bir müddət əvvəl Amerika Birləşmiş Ştatları Müqaviləni dəqiq tərk etdiyini və “Rusiyanın pozuntularından” təəssüfləndiyini bildirmişdi. Rusiya XİN iddiaları əsassız, müqavilənin itirilməsini isə pis əlamət adlandırıb.
“Baş verənlərin günahı Vaşinqtonda və ABŞ-ın tərəfdaşlarındadır. Bu sahədə nələrin baş verdiyi onların vecinə deyil”, - Ryabkov vurğulayıb. O, qeyd edib ki, Rusiya ASM-siz də özünün təhlükəsizliyini təmin edə biləcək.
Putinlə Bayden iyunun 16-da Cenevrədə görüşməlidirlər.
Açıq Səma haqda Müqavilə
Açıq Səma haqda Müqavilə (ASM) 2002-ci il yanvarın 1-də qüvvəyə minib və soyuq müharibədən sonra Avropaya etimadın məhkəmləndirilməsinə çevrilib. O, 34 iştirakçı ölkəyə bir-birinin silahlı qüvvələri və tədbirləri barədə açıq-aşkar informasiya toplamağa imkan verdi.
Ötən ilin mayında ABŞ müqavilədən çıxmaq üçün prosedura başladı və o, noyabrın 22-də başa çatdı.
2021-ci ilin yanvarında ASM-dən çıxış barədə qurumlararası prosedurun başladıldığını Moskva da bəyan etdi.
Mayın 19-da Dövlət Duması sənədin denonsasiyası barədə layihəni dəstəkləldi. İyunun 2-də onu parlamentin yuxarı palatası nəzərdən keçirəcək.
Eləcə də oxuyun:
- Dövlət Duması Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qərar qəbul edib
-
Politoloq: “Bayden-Putin dialoqundan gözləntilər böyükdür”
-
Putinlə Baydenin görüş yeri açıqlandı