Azərbaycan paytaxtının küçələrində "modern" üslubuna aid möhtəşəm binalara rəst gəlmək olar. Onların əksəriyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Həmin binalar avropalı memarların layihələri əsasında inşa olunub. Belə ki, bu üslubun özü Avropada yaranıb.
"Modern" üslubda tikilmiş binalara 28 May, Çingiz Mustafayev, Üzeyir Hacıbəyli küçələrindəki tikililər, keçmiş bankların – Peterburq Şimal bankının Bakı şöbəsinin və Tiflis kommersiya bankının binaları, habelə Kərbəlayi İsrafil Hacıyevin iqamətgahı və sair binalar aiddir.
Dünya modern üslubu gününün tarixi təsadüfən seçilməyib. Belə ki, iyunun 10-u modern üslubunun iki parlaq və görkəmli nümayəndəsi Antonio Qaudi və Eden Laxnerin anım günüdür.
İlk dəfə Dünya modern günü 2013-cü ildə qeyd olunub.
"Modern" üslubunun təşəkkül tapdığı dövrdə köhnə bədii forma və fəndlərin yenidən dərk edilməsi və incəsənətin müxtəlif növ və janrlarının çulğalaşması baş verib. Hər bir ölkədə bu üslubun özünəməxsus adı var: ABŞ-da - Tiffani, Fransada – ar-nuvo, Almaniyada- yugendstil, Avstriyada – sesession, İngiltərədə - modern stayl, İtaliyada - liberti, İspaniyada – modernizmo, Niderlandda - Nieuwe Kunst (yeni incəsənət), İsveçrədə - küknar üslubu, Rusiyada - modern.
"Modern" üslubda tikilmiş ilk bina ənənəvi olaraq memar Viktor Ortanın Brüsseldə inşa etdiyi Tassel mehmanxanasının binası sayılır. Həmin binada həm interyer, həm də eksteryer xırdalıqlara qədər diqqətlə işlənib.
İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir
İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir