FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakının "modern" üslubda inşa olunmuş unikal binaları - FOTO

Abunə olmaq
Hər il iyunun 10-u Dünya modern üslubu günü kimi qeyd olunur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb və o cümlədən Bakıya da gəlib çatıb.

Azərbaycan paytaxtının küçələrində "modern" üslubuna aid möhtəşəm binalara rəst gəlmək olar. Onların əksəriyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Həmin binalar avropalı memarların layihələri əsasında inşa olunub. Belə ki, bu üslubun özü Avropada yaranıb.

"Modern" üslubda tikilmiş binalara 28 May, Çingiz Mustafayev, Üzeyir Hacıbəyli küçələrindəki tikililər, keçmiş bankların – Peterburq Şimal bankının Bakı şöbəsinin və Tiflis kommersiya bankının binaları, habelə Kərbəlayi İsrafil Hacıyevin iqamətgahı və sair binalar aiddir.

Dünya modern üslubu gününün tarixi təsadüfən seçilməyib. Belə ki, iyunun 10-u modern üslubunun iki parlaq və görkəmli nümayəndəsi Antonio Qaudi və Eden Laxnerin anım günüdür.

İlk dəfə Dünya modern günü 2013-cü ildə qeyd olunub.

"Modern" üslubunun təşəkkül tapdığı dövrdə köhnə bədii forma və fəndlərin yenidən dərk edilməsi və incəsənətin müxtəlif növ və janrlarının çulğalaşması baş verib. Hər bir ölkədə bu üslubun özünəməxsus adı var: ABŞ-da - Tiffani, Fransada – ar-nuvo, Almaniyada- yugendstil, Avstriyada – sesession, İngiltərədə - modern stayl, İtaliyada - liberti, İspaniyada – modernizmo, Niderlandda - Nieuwe Kunst (yeni incəsənət), İsveçrədə - küknar üslubu, Rusiyada - modern.

"Modern" üslubda tikilmiş ilk bina ənənəvi olaraq memar Viktor Ortanın Brüsseldə inşa etdiyi Tassel mehmanxanasının binası sayılır. Həmin binada həm interyer, həm də eksteryer xırdalıqlara qədər diqqətlə işlənib.

© Sputnik / Murad OrujovModern — yenilikçi memarlıq üslubudur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb. Bu üslubda inşa olunmuş hər bir tikili fərdi memarlıq obrazına mlikdir və öz-özlüyündə unikal sənət əsəridir.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
1/19
Modern — yenilikçi memarlıq üslubudur. Bu üslub Avropada yaranaraq az bir zaman ərzində bütün dünyaya yayılıb. Bu üslubda inşa olunmuş hər bir tikili fərdi memarlıq obrazına mlikdir və öz-özlüyündə unikal sənət əsəridir.
© Sputnik / Murad OrujovBakıya da modern memarlıq üslubu Avropadan qədəm qoyub. Bu üslubda tikilmiş biaların yaradıcıları əcnəbi memarlar, sifarişçiləri isə Bakı neft sənayeçiləri, bankirlər, tacirlər olublar.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
2/19
Bakıya da modern memarlıq üslubu Avropadan qədəm qoyub. Bu üslubda tikilmiş biaların yaradıcıları əcnəbi memarlar, sifarişçiləri isə Bakı neft sənayeçiləri, bankirlər, tacirlər olublar.
© Sputnik / Murad OrujovAzərbaycan paytaxtında modern üslubunda 80-dən çox bina inşa olunub.
Улица Ислама Сафарли - Sputnik Azərbaycan
3/19
Azərbaycan paytaxtında modern üslubunda 80-dən çox bina inşa olunub.
© Sputnik / Murad Orujov
İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir
Улица Ислама Сафарли - Sputnik Azərbaycan
4/19

İslam Səfərli küçəsindəki yaşayış evi Bakıda mövcud olan "modern" üslublu binaların ən xarizmatik nümunələrindən biridir
© Sputnik / Murad OrujovBakının Hacı Zeynalabdin Tağıyev küçəsindəki bina – burada vaxtilə Şimal Bankının Bakı şəbəsi yerləşib.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
5/19
Bakının Hacı Zeynalabdin Tağıyev küçəsindəki bina – burada vaxtilə Şimal Bankının Bakı şəbəsi yerləşib.
© Sputnik / Murad OrujovBina Bakıya xas modern üslubunda və yüksək memarlıq səviyyəsində inşa olunub.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
6/19
Bina Bakıya xas modern üslubunda və yüksək memarlıq səviyyəsində inşa olunub.
© Sputnik / Murad OrujovHazırda binada Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı yerləşir.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
7/19
Hazırda binada Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı yerləşir.
© Sputnik / Murad OrujovBankın binası yerli əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
8/19
Bankın binası yerli əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
© Sputnik / Murad OrujovBakıda modern üslubunda inşa olunmuş binalardan biri də Hacı Zeynalabdin Tağıyevin sarayıdır.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
9/19
Bakıda modern üslubunda inşa olunmuş binalardan biri də Hacı Zeynalabdin Tağıyevin sarayıdır.
© Sputnik / Murad OrujovMülki mühəndis Yuzef Qoslavski tərəfindən 1893-1902-ci illərdə inşa olunmuş saray Tağıyevin öz həyat yoldaşı Sona xanıma hədiyyəsi olub. Hazırda həmin binada Azərbaycan tarixi muzeyi yerləşir.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
10/19
Mülki mühəndis Yuzef Qoslavski tərəfindən 1893-1902-ci illərdə inşa olunmuş saray Tağıyevin öz həyat yoldaşı Sona xanıma hədiyyəsi olub. Hazırda həmin binada Azərbaycan tarixi muzeyi yerləşir.
© Sputnik / Murad OrujovBakının Tağıyev küçəsində "modern" üslubda tikilmiş bina.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
11/19
Bakının Tağıyev küçəsində "modern" üslubda tikilmiş bina.
© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Opera və Balet Teatrının binası modern üslubunun daha bir klassik və ən parlaq nümunələrindəndir.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
12/19
Azərbaycan Dövlət Opera və Balet Teatrının binası modern üslubunun daha bir klassik və ən parlaq nümunələrindəndir.
© Sputnik / Murad Orujov1911-ci ildə tikilməsinə baxmayaraq indiyə qədər ilkin görümüşünü qoruyub saxlamış azsaylı binalardan biri.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
13/19
1911-ci ildə tikilməsinə baxmayaraq indiyə qədər ilkin görümüşünü qoruyub saxlamış azsaylı binalardan biri.
© Sputnik / Murad OrujovBakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının binası qarşısında heykəl.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
14/19
Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrının binası qarşısında heykəl.
© Sputnik / Murad Orujov"Modern" üslubu Bakıda o qədər də çox hökmran olmayıb, cəmi 1915-ci ilə qədər. Lakin buna baxmayaraq, şəhərin memarlığında nəzərə çarpan iz qoyub.
Улица Тебриза Халилбейли. - Sputnik Azərbaycan
15/19
"Modern" üslubu Bakıda o qədər də çox hökmran olmayıb, cəmi 1915-ci ilə qədər. Lakin buna baxmayaraq, şəhərin memarlığında nəzərə çarpan iz qoyub.
© Sputnik / Murad OrujovOn il sonra Bakı memarları yenidən həm otaqların yerləşməsi, həm də zahiri kompozisiyada "modern"i xatırladan binalar inşa etməyə başlayıblar.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
16/19
On il sonra Bakı memarları yenidən həm otaqların yerləşməsi, həm də zahiri kompozisiyada "modern"i xatırladan binalar inşa etməyə başlayıblar.
© Sputnik / Murad OrujovBakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
17/19
Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
© Sputnik / Murad OrujovBakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
18/19
Bakının Yusif Məmmədəliyev küçəsində "modern" üslubunda inşa olunmuş binanın fraqmenti.
© Sputnik / Murad OrujovSon illər ərzində Azərbaycan hökuməti şəhərin mərkəzi hissələrindəki tarixi binaların bərpasına yüz minlərlə manat vəsait ayırıb və onlar demək olar ki yenidən dünyaya gəliblər.
Улица Башир Сафароглу - Sputnik Azərbaycan
19/19
Son illər ərzində Azərbaycan hökuməti şəhərin mərkəzi hissələrindəki tarixi binaların bərpasına yüz minlərlə manat vəsait ayırıb və onlar demək olar ki yenidən dünyaya gəliblər.
Xəbər lenti
0