BAKI, 9 iyun — Sputnik. Bu il "Son zəng"in olub-olmayacağı ilə bağlı hələlik dəqiq heç bir məlumat verilmir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu məsələ ilə bağlı narahatlığa aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov özünün "Facebook" profilində məlumat paylaşıb: ""Son zəng" tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu mərasimin keçirilməsi qaydası ilə bağlı nazirlik həmkar qurumlarla müzakirələr aparır".
Qeyd edək ki, sonuncu dəfə "Son zəng" 2019-cu ildə olub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən il Azərbaycanda "Son zəng" qeyd edilməyib.
Eləcə də oxuyun:
-
Nazirlər Kabinetindən ali təhsillə bağlı qərar
-
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub
-
Azərbaycanda ali təhsili qanuna sığdırmaq müşkülə çevrilib
-
Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbi təşkil edəcək