Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbi təşkil edəcək

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Emin Əmrullayev: "Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək".

BAKI, 31 may - Sputnik. Azərbaycanın Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbi təşkil edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Nazir bildirib ki, Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib.

"Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”, - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirirdi.

Həmçinin oxuyun: 

* Valideynləri sevindirəcək qərar: Repetitora bir ətək pul xərcləmək lazım gəlməyəcək

Xəbər lenti
0