Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstanın XİN rəhbəri Azərbaycanın səfiri ilə görüşdü

© Sputnik / Vitaliy Belousov / Fotobanka keçməkГород Нур-Султан, фото из архива
Город Нур-Султан, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Xəbərlərə abunə olun
Qazaxıstanın xarici işlər naziri səfirin ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar münasibətlərin inkişafına verdiyi mühüm töhfələri qeyd edib.

BAKI, 7 iyun — Sputnik. Qazaxıstan Respublikasının Baş nazirin müavini – xarici işlər naziri Muxtar Tileuberdi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının səfiri Rəşad Məmmədovu qəbul edib. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Qazaxıstanın xarici işlər naziri səfirin ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar münasibətlərin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. Xəzər dənizinin dibi ilə optik-lifli rabitə xəttinin tikintisi ilə əlaqədar sazişin imzalanması, "Azərsun" logistika mərkəzinin və "Morport Aktau" ATZ ərazisində transformator zavodunun tikintisi, Mangistau vilayəti ərazisində plastik boruların istehsalı zavodunun işə salınması onun Qazaxıstanda 13 illik diplomatik fəaliyyəti zamanı həyata keçirilib.

Nazir, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Fərmanına əsasən, R.Məmmədova ikitərəfli münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrə görə 2-ci dərəcəli "Dostık" ordenini təqdim edib.

Eləcə də oxuyun:

  • Azərbaycan Prezidentindən türk dünyasının böyük ədibinə jest

  • Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib

  • Türk dünyasının ağsaqqalı Azərbaycan Prezidentini təbrik edib

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала