Azərbaycan Prezidentindən türk dünyasının böyük ədibinə jest

© Sputnik / Murad OrujovКазахстанский поэт, писатель, общественный и политический деятель, Олжас Сулейменов
Казахстанский поэт, писатель, общественный и политический деятель, Олжас Сулейменов - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov "Şərəf" ordeni ilə təltif edilib.

BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov "Şərəf" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Oljas Süleymenov şair, yazıçı-ədəbiyyatşünas, Qazaxıstanın ictimai-siyasi xadimi, səfirdir. O, 18 may 1936-cı ildə Qazaxıstanın Almatı şəhərində anadan olub.

Oljas Süleymenov dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olub. 25 aprel 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb.

Xəbər lenti
0