Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

İki stul, genosid və qısa ətək

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
İspaniyanın hər yerində məktəblərdə müəllimlik edən kişi müəllimlər gender stereotipləri ilə mübarizə kampaniyası çərçivəsində dərslərə ətək geyinərək qatılıblar. Qonşumuz olan ölkənin baş naziri isə neçə stulda oturacağına qərar verə bilmir.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Sərhədsiz həyasızlıq

Dünyanın harasındasa bir jurnalisti qolundan tutub, bir yerə dəvət etsələr, bəzi beynəlxalq təşkilatlar var ki, onların mütləq xəbəri və təmtəraqlı açıqlamaları olur. Amma ötən həftə azərbaycanlı jurnalistlər ermənilərin gizli qatillərinin – minaların qurbanı olanda həmin təşkilatlar “başsağlığı” tonunda bəyanatlarla kifayətləndirlər, sanki terror yox, adi bədbəxt hadisə baş verib. Məsələn, “Sərhədsiz Reportyorlar” bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır. Minaları torpağa toxum kimi səpən, onların xəritələrini 7 aydır təqdim etməyən Ermənistanın adı da çəkilmir. Həyasızlığın sərhədləri, görünür, bəziləri üçün elastikdir.

İki stul

Paşinyanın siyasi kursu da elastikdir. Baş nazir gah Moskvaya, gah Parisə, gah da Brüsselə qaçır. İki stulda oturmaq cəhdi onun diplomat kimi portretini açdığı kimi fiziki olaraq da karikatura görkəmini canlandırır: yanını iki stula söykəməyə çalışan adam düşünün. 
Bu arada CAR parlamentində qadınlara bir neçə ərə sahib olmaq imkanı verəcək qanun layihəsinə baxılır.

Pandemiya imkan versə...

Pandemiya imkan versə, nikahları gözəl toylarla da taclandıra bilərik. Taclı bəla isə nəinki başımızın üstündən çəkilmir, hələ ötən həftə Yaponiyada onun yeni mutasiyası tapılıb. Hindistanda isə xəbərdarlıqlara baxmayaraq, cəsədləri yandırmağa pulları olmadığını deyən insanlar meyitləri çaya atmağa davam edirlər. Məhbuslar daha ağıllıdırlar - Hindistanın Uttar-Pradeş ştatındakı doqquz həbsxanada 20-dən çox məhbus vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanından istifadə etməyib. Bu arada bu ölkədə 3 min köməkçi həkim kütləvi şəkildə istefa verib. Onlar maaşlarının artırılması, özləri və ailələri üçün pulsuz korona müalicəsi kimi tələblər irəli sürüblər.

Tutaq ki, pandemiya imkan verdi

Lap tutaq ki, koronavirus sona çatdı. Dünya ki, fırlanır... Çində ötən həftə quş qripi virusu insana keçib. Nigeriyada silahlı şəxslər internat-məktəbdən 200 şagirdi qaçırıb, Tunis sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 23 nəfər ölüb, Burkina-Fasoda silahlılar kəndə hücum edərək azı 138 nəfəri öldürüblər, Yəməndə üsyançıların atdığı raket zərbələri nəticəsində 17 nəfər ölüb, Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı öldürülüb,  təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri nəticəsində isə 12 nəfər həyatını itirib. Pakistanda naməlum şəxslər avtobusa atəş açıb, ölən və yaralananlar var və s. Görəsən, niyə bu cür hadisələr daha çox Yer kürəsinin cənubunda baş verir?!

Cənubdan daha bir təhlükə boylanır: Hindistanda COVID-19 təsiri və yan təsirləri səbəbiylə yaranan mukormikoz - “qara kif” epidemiyası İraqda və Meksikada da rast gəlinib. Həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarıblar.

İran gəmiləri

Vəbanın Avropaya gəlişində monqolların istilaçı yürüşlərinin rolu tarixdən aydındır. İndi yeri gəlmişkən, İran hərbi gəmiləri ABŞ-a doğru yön alıb, göyərtəsində 7 ədəd yüksəksürətli raket gəmi olan tankerin tezliklə Atlantik okeanına daxil olacağı bildirilir. Digər güc mərkəzi Rusiya da boş dayanmır - raketlərini təkmilləşdirir. Sovet dövründə də Moskvanın prioriteti hərbi sənayeni gücləndirmək idi, əhalinin yaşayış şəraiti isə ucqarlarda acınacaqlı idi. 

Şimali Koreya isə xəstələrin gözünü çıxarmağa səbəb olan “qara kif”in ABŞ siyasətinə bulaşdığını düşünür, deyəsən. Şimallı koreyalı rəsmilər deyiblər ki, “Cənubi Koreyadan istifadə edərək hegemonluq hədəfini həyata keçirməyi planlaşdıran ABŞ-ın hesablaması bir insanın gözlərini öz barmaqları ilə çıxartması kimi ağılsız bir davranışdır”.

Hə, bu arada mayın 6-dan sonra gözə görünməyən Şimali Koreya lideri ötən həftəsonu hicrana son qoyub, ictimaiyyət qarşısına çıxıb, növbəti dəfə sübut edib ki, sağ-salamatdır. Qeyd edək ki, 2020-ci ilin mayında 20 gün ərzində görünməməsi ilə əlaqədar Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı.
Görünür, hər ilin mayında Kim müəllimin 20-25 günlük nəsə işi olur.

Genosid və qısa ətək

Fransa və Almaniya Afrikada genosidlər törətdiyini etiraf edir. Törədilmiş qətliama görə Almaniya Namibiya dövlətinə 1.3 milyard dollar ödəyəcək. Almaniya prezidentinin Namibiya parlamentində çıxış edəcəyi və rəsmən üzr istəyəcəyi bildirilir.

2010-cu ildə isə Fransa prezidenti Sarkozi ölkəsinin Ruandada törətdiyi qətliamı qismən etiraf etmişdi. Ötən həftə isə Makron Ruandada olub. Məqsəd diplomatik əlaqələri bərpa etməkdir.

Bəli, faktdır ki, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya kimi ölkələr də öz müstəmləkələrində soyqırımlar həyata keçiriblər.

Bu arada İspaniyanın hər yerində məktəblərdə müəllimlik edən kişi müəllimlər gender stereotipləri ilə mübarizə kampaniyası çərçivəsində dərslərə ətək geyinərək qatılıblar.

Tələ qurmaq ənənəsi

Sonda Ermənistanın mina terroru barədə bir haşiyə: hələ sovet dövründə bu ölkədə mina istehsal edən zavod olub.

Görünür, SSRİ rəhbərliyi ermənilərin belə hiyləgər işlərdə, tələ qurmaqda klassik ənənələrini nəzərə alıblarmış.

Xəbər lenti
0