BAKI, 7 iyun — Sputnik, Rəşad Kərəmoğlu. Vətən müharibəsinin şəhidi Əkbər Yunis oğlu Məsimov anadan olduğu Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Ən böyük əsgər, bizim əsgər!" şüarları səsləndirilib.
Şəhidin nəşi hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb, yaylım atəşi açılıb.
Eləcə də oxuyun:
-
Hikmət Hacıyev - Jurnalistlərimiz qəsdin qurbanı olublar
-
İtkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib