BAKI, 6 iyun - Sputnik. Sumqayıtda bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.
Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.