Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadın öldürdüyü ərinin itkin xəbərini yaydı, faktların üstü açıldı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 21 may — Sputnik. 6 may 2021-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kənd sakini 1956-cı il təvəllüdlü Qalib Əsgərovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı arvadı Şahzadə Məhərrəmovanın Neftçala rayon Polis Şöbəsinə daxil olan  müraciəti əsasında araşdırma aparılıb. Aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmən ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşən şəxsin qəsdən öldürülməsi müəyyən edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Araşdırmalarla müəyyən edilib ki, mayın 6-sı saat 01 radələrində zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə əynindəki paltarları çıxararaq yandırıb, meyiti isə evin həyətində basdırıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahzadə Məhərrəmova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0